19 Iyul 2025, Şənbə
"Qarabağ" onunla yollarını ayırdı
“Sabah” Avroliqa ilə vidalaşdı
“Neftçi" "Hapoel"lə heç-heçə etdi
Sami Mmaee rəsmən “Qarabağ”da

Digər idman növləri

İslamiada: Əfqanıstan Bakıya gəlmir

İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək kişi həndbolçular arasında yarışların təqvimi bəlli olub. Futbolxeber.az saytının Apasport.az-a istinadən məlumatına görə, yarışda nəzərdə tutulduğu kimi 8 deyil, 7 ölkə mübarizə aparacaq.
 
Buna səbəb B qrupunda yer alan Əfqanıstan millisinin İslamiadaya qatılmamasıdı. Nəticədə bu qrupda 3 komanda gücünü yoxlayacaq.
 
Azərbaycan millisi isə Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistanla qüvvəsini sınayacaq. Hikmət Abdullayevin yetirmələri mayın 9-da başlayacaq həndbol yarışında ilk imtahanını Pakistana qarşı verəcək. Ardınca Səudiyyə Ərəbistanı ilə oynayacaq təmsilçimiz qrup mərhələsinin son turunda Əlcəzairlə üz-üzə gələcək.
 
İslamiadanın qalibi mayın 14-də müəyyənləşəcək.
 
Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də olacaq.

Həndbol
Kişilər
 
A qrupu: Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan
B qrupu: Türkiyə, Mərakeş, İraq
 
9 may
Əlcəzair – Səudiyyə Ərəbistanı
Pakistan – Azərbaycan
Türkiyə - Mərakeş
 
10 may
Əlcəzair – Pakistan
Səudiyyə Ərəbistanı - Azərbaycan
Mərakeş – İraq
 
11 may
İraq - Türkiyə
Səudiyyə Ərəbistanı – Pakistan
Əlcəzair – Azərbaycan
 
12 may
5-ci yer uğrunda
 
13 may
6-cı yer uğrunda oyun
 
14 may
Bürünc medal uğrunda
A2 – B2
 
Final
A1 – B1







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31