18 Iyul 2026, Şənbə
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi
"Zirə" növbəti mərhələyə yüksəldi
"Qəbələ" "Kəpəz"ə qalib gəldi

Digər idman növləri

Rio-2016: Radik İsayev çempion oldu!

Rio Yay Olimpiya Oyunlarında taekvando yarışları davam edir. Futbolxeber.az saytının məlumatına görə, bu gün bu növdə sonuncu təmsilçimiz Radik İsayev mübarizəyə qoşulub.

+80 kq çəki dərəcəsində mübarizə aparan R.İsayev 1/8 finalda Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. 11:2 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

Bu mərhələdə idmançımız cənubi koreyalı Dongmin Çailə qarşılaşıb. Rəqibini 12:8 hesabı ilə üstələyən Radik İsayev yarımfinala adlayıb.

Final uğrunda görüşdə taekvandoçumuz böyük britaniyalı Mahama Ço ilə üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn taekvandoçumuz həlledici görüşə vəsiqə qazanıb.

Finalda Radik İsayevin rəqibi Niger idmançısı İssufu Abdulrazak olub. Bu döyüşdə də qələbə qazanan taekvandoçumuz Rioda ölkəmizə ilk qızıl medalı qazandırıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31