10 Mart 2026, Çərşənbə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
Demçenko: “Futbolçular cərimələnəcək”
"Neftçi"də yeni təyinat reallaşıb
"Qarabağ"dan böyük hesablı qələbə

Digər idman növləri

Rövnəq Abdullayev Azərbaycan birinciliyində

Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi davam edir. Futbolxeber.az-ın məlumatına görə, yarışda respublikamızın bütün bölgələrini və paytaxt Bakını təmsil edən 24 komandanın 328 cüdoçusu mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarışları Bakı İdman Sarayında canlı izləyib. Gənclərin respublika birinciliyinə bu gün yekun vurulacaq.

Qeyd edək ki, bu çempionatdan əvvəl yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi keçirilib. Yarışda 61 klub və cəmiyyətin 602 idmançısı iştirak edib. Azərbaycan birinciliyinin qaliblərinə medallar, fəxri fərmanlar və pul mükafatları verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31