Digər idman növləri
Vladimir Tukmakov: “Avropa Kubokunda sərgilədiyi oyun Rəcəbovun ən yaxşı formasını bərpa edəcəyini göstərir”
Avropa Kubokunda gümüş medal qazanan “SOCAR-Azərbaycan” şahmat klubunun kapitanı Vladimir Tukmakov yarışın yekunlarıyla bağlı danışıb.
- İlk olaraq sizi gümüş medalla təbrik edirik. Avropa Kubokunun yekunlarıyla bağlı fikrinizi bilmək istərdik...
- Məktəbdə olan qiymətlərlə dəyərləndirsək ümumi çıxışımıza 4 vermək olar. Biz Makedoniyaya çempion titulunu qorumaq üçün gəlmişdik. Amma “Sibir”ə məğlubiyyətdən sonra liderliyi itirdik. Rusiya komandası birinci pillədə olduğu halda, biz maksimum etməyə çalışdıq. Maksimum isə ikinci yer demək idi. Bunun üçün son turlarda uğur qazanmaq tələb olunurdu. Lakin 7-ci turda hətta birinci yerə şansımızın olduğunu hiss etdik. Bəxtimiz gətirsəydi son turda 4:2 hesablı qələbə qazana bilərdik. “Sibir” son turda uduzsaydı, biz qalib gəlsəydik o zaman liderliyə yüksəlirdik. Lakin son turda heç-heçə oynadığımızdan “Sibir” məğlub olsaydı bürünc medalla kifayətlənməliydik. Yekunda gümüş medal qazandıq.
- Ümumilikdə güclü rəqabətlə müşahidə olunan yarışda gümüş medalı müsbət qiymətləndirmək olar?
- Mənim üçün favoritin hesab edilən komandanın uğurlu çıxış etməsi üçün əsas şərt var. Əgər son tur ərəfəsində çempionluğa şans saxlanılırsa o zaman komandanın çıxışını uğurlu saymaq olar. “SOCAR-Azərbaycan” mübarizə apardığı 6 il müddətində həmişə çempionluq şansını son tura qədər saxlayıb. “Sibir”ə məğlubiyyətdən sonra belə şansımız qalırdı. Ona görə ümumi çıxışı müsbət qiymətləndirirəm.
- “SOCAR-Azərbaycan”da çıxış edən şahmatçılar haqda danışaq. Kimlərdən razı qalmadınız?
- Birinci lövhədə Veselin Topalov yaxşı oynayırdı. Həlledici hesab edilən Vladimir Kramnikə qarşı görüşdə məğlubiyyət olmasaydı çıxışını daha yaxşı qiymətləndirərdim. Kramnikə qarşı səviyyəsindən aşağı oynadı. Digər partiyalarda yüksək səviyyədə mübarizə apardı. Bəzən bəxt öz rolunu oynayır və indiki halda bəxtsizlik birinci yer uğrunda mübarizəni davam etdirməyə mane oldu. İkinci lövhədə Aniş Giri imkanlarından aşağı oynadı. Ona nəsə çatmırdı. İkinci turda öz səhvi ucbatından uduzdu. Ümumilikdə daha yaxşı oynaya bilərdi. Fabiano Karuana gözlədiyimiz parlaq oyunu sərgiləmədi. Amma demək olmaz ki zəif çıxış etdi.
- Yəqin razılaşarsınız, Maykl Adamsın “SOCAR-Azərbaycan”da çıxışı yaxşı alındı...
- Dördüncü lövhədə Maykl Adams sadəcə fantastik oyun nümayiş etdirdi. Komandanın ən stabil şahmatçısıdı idi, lazımi anda köməyə çatırdı. Adamsın daha çox qara fiqurlarla oynadığını unutmayaq. Teymur Rəcəbov yaxşı çıxış etdi. Avropa Kubokunda sərgilədiyi oyun Rəcəbovun ən yaxşı formasını bərpa edəcəyini göstərir. Şəhriyar Məmmədyarov stabil oynamadı. Turnirə qələbələrlə başladı, amma belə davam edə bilmədi. Son turda məğlub oldu. Rauf Məmmədov uğursuz çıxış etdi, Eltac Səfərli isə öz səviyyəsinə uyğun oynadı.
- “SOCAR-Azərbaycan” hər zaman çempionluq uğrunda yarışıb. Bu mənada Avropa Kubokunun əsas favoriti kimi mübarizə aparmaq nə qədər çətindir?
- Azərbaycan klubu hər zaman Avropa Kubokunda favorit hesab edilib və yüksək yerlər uğrunda yarışıb. Son illər bir qayda olaraq biz bu yarışı mükafatsız başa vurmuruq. Ötən il çempion olduq, bu dəfə gümüş medal qazandıq. Stabil mübarizə aparmaq asan deyil. Fikir verirsinizsə bəzi güclü komandalar artıq Avropa Kubokunda çıxış etmir. İki dəfə Avropa Kubokunu qazanan “Ekonomist” artıq yoxdur. Güclü “Ural” klubu var idi. Əvəzində “Sibir” və “Alkaloid” kimi Rusiya və Makedoniyanın güclü təmsilçiləri yarandı. Gələn il necə olacağını demək çətindi.
- Gümüş medal qazanandan sonra klubun rəhbərliyi ilə əlaqə yaratmısınız?
- Mahir Məmmədov mükafatlandırma mərasimindən sonra zəng vuraraq bizi təbrik etdi. O da bizimlə razıdır ki, çempionluq uğrunda sona qədər mübarizə apararaq sonda ikinci olmaq uğursuzluq deyil. Bütün şahmatçılarımızə təşəkkür etdi. Ən böyük təşəkkürünü isə komandanın ən yaxşıları Maykl Adamsla Teymur Rəcəbova çatdırdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























