Digər idman növləri
İlham Əliyevə Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyutini, Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqeri və vitse-prezidenti Erdoğan Arıpınarı qəbul edib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Azərbaycanın artıq beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğulayan Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirdi. Erdoğan Arıpınar Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının ilk birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer də birinci Avropa Oyunlarını maraqla izlədiyini qeyd edərək Oyunların ölkəmizdə uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, insanların yarışları böyük ruh yüksəkliyi ilə izləmələrinin və hər bir idmançıya səmimi dəstək nümayiş etdirmələrinin onda böyük təəssürat yaratdığını vurğuladı.
Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti də Oyunların yüksək səviyyədə təşkili və Azərbaycan idmançılarının qazandığı nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizdə idman sahəsinə, xüsusən ədalətli oyunlara göstərilən diqqəti yüksək qiymətləndirən Jeno Kamyuti Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının Bakıda ilk birgə konqresinin təşkil edilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirdi. Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Azərbaycanın təşkilatın tədbirlərinə ev sahibliyini öz üzərinə götürdüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi, ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusunda olduqlarını dedi.
Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı burada çoxlu sayda nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük marağa səbəb olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan idmançılarının uğurlu çıxışlarını xatırladı.
Daha sonra Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalına layiq görüldüyünə görə təşəkkürünü bildirdi, dövlət başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti kimi gələcəkdə də idmanın inkişafına ardıcıl dəstəyi davam etdirəcəyini vurğuladı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
11.11.2026
10.11.2026
09.11.2026
























