Digər idman növləri
Çempionumuz: “İlham Əliyevin idman arenalarına gəlməsi bizi qələbəyə ruhlandırırdı”
“Birinci Avropa Oyunlarında Azərbaycan Prezidenti İlham Əliyevin arenalara gələrək idmançılarımızın çıxışlarına baxması, atletlərimizə fəal dəstəyi bizi qələbəyə ruhlandırırdı”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri birinci Avropa Oyunlarının çempionu, taekvondo üzrə Azərbaycan yığma komandasının üzvü Ayxan Tağızadə “Bakı-2015”ə dair təəssüratlarını “Azərtac”ın müxbiri ilə bölüşərkən deyib.
Ayxan Tağızadə qeyd edib ki, milli komandamız birinci Avropa Oyunlarına çox ciddi hazırlaşırdı. “Bakı-2015”ə yanvardan etibarən Azərbaycan Taekvondo Federasiyasının (ATF) təlim-məşq bazasında hazırlaşmağa başlamışdıq. Yığmamızın təlim-məşq toplanışı böyük ruh yüksəkliyi ilə keçdi. ATF-in rəhbərliyi bizə xüsusi diqqət və qayğı göstərirdi. Məşqləri hər gün davam etdirirdik.
Oyunlardan əvvəl mayda Rusiyada dünya çempionatında iştirak etdik. Orada mən yaxşı nəticə göstərməsəm də, yığma komandamızın üzvü Radik İsayev kişilər arasında 80 kiloqram çəki dərəcəsində dünya çempionu oldu. Onun çempion olması komandamızın bütün üzvlərində, o cümlədən məndə böyük ruh yüksəkliyi yaratmışdı. Həmin vaxt Avropa Oyunlarına bir ay qalırdı. Dünya çempionatında yol verdiyimiz səhvləri birinci Avropa Oyunlarında təkrarlamamağa çalışırdıq. Baş məşqçimiz Reza Mehmandoust və böyük məşqçimiz Elnur Amanov yorulmadan bizimlə çalışdılar. Nəticədə “Bakı-2015”ə yüksək səviyyədə hazırlaşdıq. Mən taktiki və texniki hazırlıqlarımı davam etdirirdim. Ən yaxşı nəticəni qazanmağa çalışırdıq. Yığmamızın məqsədi birinci Avropa Oyunlarının taekvondo yarışlarında ümumi komanda hesabında birinci pillədə olmaq idi və bunu bacardıq.
İdmançımız qızıl medal uğrunda mübarizədə keçdiyi görüşlər barədə danışaraq deyib: “Birinci Avropa Oyunlarında mübarizə apardığım 68 kiloqram çəki dərəcəsində qarşılaşmalarım çox çətin keçdi. Dünyada reytinqində ilk sıralarda olan idmançıların hamısı Bakıya gəlmişdilər. İlk Avropa Oyunlarında bu çəki dərəcəsində (68 kq) qitənin ən güclü 16 idmançısı yarışırdı. Dünya reytinqində bu çəki dərəcəsində əsasən avropalı idmançılar ən güclü atletlər hesab olunur. Birinci döyüşümü qitə birinciliyinin ikincisi olan sloveniyalı Pantar Jureyə qarşı keçirdim. Bu döyüşə çıxanda həyəcanlı idim. Çünki atam - şəxsi məşqçim və Azərbaycanın para-taekvondo üzrə millisinin baş məşqçisi Əvəz Tağıyev və qardaşım döyüşümü izləyirdilər. Onların gözləri qarşısında, xüsusən də doğma Vətənimdə məğlub olmaq istəmirdim. Döyüşə çıxanda azarkeşlərin dəstəyi mənə əlavə güc verdi. Buna görə də ilk döyüşdə rəqibimə çətinlik çəkmədən qalib gəldim”.
İkinci qarşılaşmasında - dörddəbir finalda London Olimpiadasının qalibi, ikiqat dünya və Avropa çempionu ispaniyalı Joel Qonzalez Bonilla ilə çətin döyüş keçirdiyini vurğulayan Ayxan Tağızadə rəqibinin Rusiyadakı dünya çempionatında ikinci yeri tutduğunu bildirib. Qeyd edib ki, ispaniyalı rəqibim titullu və təcrübəli idmançı olduğu üçün bəziləri mənim onu məğlub edəcəyimə şübhə ilə yanaşırdılar. Amma mən, məşqçilərim və atam buna inanırdıq. Həmin döyüşə yalnız qalib gəlmək üçün çıxmışdım. Şükürlər olsun ki, qələbə qazandım.
Ayxan Tağızadə yarımfinalda qarşılaşdığı, dünya reytinqində birinci olan rusiyalı idmançı Aleksey Denisenkoya dünya çempionatında uduzduğu üçün bu görüşün onun üçün revanş olduğunu bildirərək deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın həmin döyüşə baxmaları məsuliyyətimi daha da artırmışdı. Olimpiya çempionuna qalib gəldiyim üçün, dünya reytinqində birinci yerdə qərarlaşan rəqibimi də məğlub edəcəyimə inanırdım. Ona görə döyüşə ancaq qalib gəlmək üçün çıxmışdım. Qarşılaşma mənim üstünlüyümlə başa çatdı və finala vəsiqə qazandım”.
Gərgin keçən final qarşılaşması barədə danışan idmançımız deyib: “Həlledici görüşdəki polşalı rəqibim gənc idmançı Karol Robak idi. Final döyüşü gərgin keçdi. İlk iki raundda hesabda geriyə düşmüşdüm. Üçüncü raundda baş məşqçimiz mənə özümə inanmalı olduğumu xatırladaraq dedi ki, Vətənində döyüşürsən, ona görə də qızıl medal qazanmalısan. Beləliklə, özümə inanaraq üçüncü raundda döyüşə çıxdım və 10 saniyədə 6 xal topladım. Görüşün əsas vaxtı ərzində hesab 9:9 olduğu üçün qalib müəyyənləşmədi. Əlavə vaxtda baş məşqçi mənə müdafiəni düzgün qurmağı, özümə inanmağımı tapşırdı və bu halda qalib gələcəyimi dedi. Nəticədə görüşü psixoloji üstünlüklə davam etdirdim və əlavə olunan vaxtda qızıl xal qazanıb 10:9 hesabı ilə qalib gəldim. Beləliklə, birinci Avropa Oyunlarının çempionu oldum, Azərbaycanın dövlət himnini səsləndirdim, bayrağımızı ucaltdım. Bu yarışda məni qalib gəlməyə ruhlandıran güləşçilərimizin və karateçilərimizin parlaq qələbələri nəticəsində himnimizin səsləndirilməsi və bayrağımızın ucaldılması oldu. Mən də onlar kimi çempion olub bayrağımızı ucaltmaq istəyirdim”.
Gənc atlet deyib ki, birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif olunan idmançılar arasında mən də varam. Bu, mənim üçün çox gözlənilməz oldu. Gənc yaşımda bu ordenlə təltif olunduğum üçün çox xoşbəxtəm. Məni bu mükafata layiq gördüyü üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bu, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının daha bir təzahürüdür. Biz də çalışacağıq ki, bu yüksək etimadı doğruldaq və qarşıdakı yarışlarda bayrağımızı yüksəklərə qaldıraq.
Oyunlarda mübarizə aparan əcnəbi idmançılardan ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin çox möhtəşəm olması barədə çoxlu gözəl fikirlər eşitdiyini vurğulayan Ayxan Tağızadə deyib ki, onlar “Bakı-2015”in digər yarışlardan daha fərqli və mötəbər olduğunu dönə-dönə qeyd edirdilər. Əcnəbi idmançılar ilk Avropa Oyunlarının açılışı və bağlanış mərasimlərinin, Oyunlarda azarkeş dəstəyinin və yarışların səviyyəsinin dünya çempionatlarından da qat-qat üstün olduğunu xüsusilə vurğulayırdılar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
20.09.2026
19.09.2026
18.09.2026
























