9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Digər idman növləri

“Qəbələ”nin üzvü Avropa çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib. Futbolxeber.az-ın məlumatına görə, qitə birinciliyi “Qəbələ” İdman Klubunun və Azərbaycan yığmasının cüdoçusu Şəhanə Hacıyeva üçün uğurlu olub. 40 kq çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hacıyeva 4 görüşdə qalib gəlməklə ən yaxşı adını qazanıb. O, əvvəl ukraynalı Alla Benebanı ipponla, rusiyalı Olqa Borisovanı yuko fəndi ilə məğlub edərək, yarımfinala yüksəlib. Bu mərhələdə böyük britaniyalı Ceymi Liç Vitakeri ipponla üstələyən Şəhanə həlledici görüşdə isə rumıniyalı Lidiya Marini yuko fəndi ilə məğlub edib.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31