12 Mart 2026, Cümə axşamı
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları
İran DÇ-2026-da iştirak etməyəcək

Digər idman növləri

Boksçumuz: “Gümüş medal mənim üçün elə də böyük uğur deyil”

“Bərabər səviyyəli döyüş oldu. Hər şey Allahın əlindədir, deməli, belə olmalı idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində birinci Avropa Oyunlarının gümüş mükafatçısı Xaybula Musalov deyib.

75 kiloqram çəki dərəcəsində finalda irlandiyalı Maykl O Reylli ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib. Nəticədə Xaybula Musalov yarışı ikinci pillədə başa vurub.

O bildirib ki, qazandığı nəticədən tam razı deyil: “Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də böyük uğur deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı. Təsəlliverici odu ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orda yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacağam”.

Mənbə: azertag.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31