12 Mart 2026, Cümə axşamı
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları
İran DÇ-2026-da iştirak etməyəcək

Digər idman növləri

“Bakı-2015”: Avropa Oyunlarının məşəli Belarus muzeyində saxlanılacaq

“Bakı-2015” Avropa Oyunlarının məşəllərindən biri Belarus Milli Olimpiya Komitəsinin muzeyinə göndəriləcək. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, birinci Avropa Oyunları çərçivəsində istifadə olunmuş məşəllərdən biri Belarus Milli Olimpiya Komitəsinin ekspozisiya kolleksiyasına daxil ediləcək. Avropa Oyunlarının məşəli Belarus idman-nümayəndə heyətinin rəhbəri Dmitri Dovqalenkoya missiya rəhbərlərinin toplantısında təqdim olunub. D.Dovqalenko deyib: “Bu məşəl Belarus Milli Olimpiya Komitəsinin muzey ekspozisiyasının ən dəyərli eksponatlarından olacaq və genişmiqyaslı yarışlarda Belarus idmançılarının ən uğurlu çıxışlarından birini xatırladacaq”.

Qeyd olunub ki, Belarusa göndərilən məşəl yuxarı hissəsində 50 xüsusi element olan (Avropa Oyunlarında iştirakçı ölkələrin sayı) nar ağacına bənzəyir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31