19 Fevral 2026, Cümə axşamı
Qurbanov məğlubiyyəti şərh etdi
Eddi Hau: “Dominant tərəf biz idik”
“Qarabağ”dan böyükhesablı məğlubiyyət
Ramalinqoma 3, Kadiyə 2 oyun cəza

Digər idman növləri

Avropa Oyunlarındakı təmsilçilərimizi tanıyaq!

İyunun 12-28-də keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə kişilərlə yanaşı, 2 qadın idmançımız da iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadır.

"Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli Azərbaycan çempionatının mükafatçısıdır. 26 yaşlı idmançı Avropa Oyunlarında iştirakı karyerasının ən önəmli yarışı kimi xarakterizə edir: "Bakı-2015 ilk Avropa Oyunlarında iştirak mənim üçün böyük şərəfdir. Məsuliyyətimi dərk edir və bu yarışa səylə hazırlaşıram. Oyunlarda uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm".

Bu ilin fevralından Sloveniyanın "Lyublyana" qadın şosse komandasının heyətində çıxış etməyə başlayan 26 yaşlı Yelena Pavluxina bir neçə gün öncə Xızıda təşkil olunan Azərbaycan çempionatının qalibi olub. Apreldə Sloveniyada təşkil olunan beynəlxalq kriterium ötüşməsində də birincilik qazanan velosipedçimiz Bakıya kifayət qədər güclü velosipedçilərin gələcəyini deyir: "Rəqiblərimizin arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu bizi qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirik. Düşünürəm ki, bu bizim üstünlüyümüzdür".

Qeyd edək ki, Avropa Oyunlarının velosiped yarışları iyunun 18-21-də keçiriləcək. Yelena Pavluxina fərdi və qrup, Ülfət Nəzərli isə qrup ötüşməsində mübarizə aparacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28