Digər idman növləri
Namiq Abdullayev: “Birinci Avropa Oyunlarında güləşçilərimizdən yüksək əyarlı medallar gözləyirik”
“Böyük bayram ərəfəsindəyik. Ölkəmiz birinci Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Prezident İlham Əliyev, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mötəbər yarışın yüksək səviyyədə təşkili üçün səylə çalışırlar. Respublikamızda idmana dövlət qayğısı göz önündədir. Bunun sayəsində beynəlxalq aləmdə idman ölkəsi kimi tanınırıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev deyib.
O qeyd edib ki, Azərbaycanda Avropa, dünya və bir çox beynəlxalq çempionatların uğurla təşkili ali idman qurumları tərəfindən ölkəmizə etimad göstərilməsi üçün əsas yaradıb. Birinci Avropa Oyunları zamanı köhnə qitənin, eləcə də bütün dünyanın gözü Azərbaycanda olacaq. Ölkəmizə gələn bütün idmançılar, turistlər inkişaf edən Azərbaycanı öz gözləri ilə görəcəklər.
Olimpiya çempionu birinci Avropa Oyunlarında güləşçilərimizin medal qazanmaq şanslarını yüksək qiymətləndirib: “Azərbaycan idmançıları daim Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək əyarlı medallar qazanırlar. Mən inanıram ki, birinci Avropa Oyunlarında da idmançılarımız uğurlu çıxış edərək, bayrağımızı yüksəklərdə dalğalandıracaqlar. Heç təsadüfü deyil ki, idmançılarımız 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 10 medal qazandılar. Bu nəticə ilə biz 204 ölkə arasında 30-cu olduq. Bu, ölkəmiz üçün böyük uğurdur. Londonda qazanılan 10 medaldan 7-si güləşçilərimizin payına düşüb ki, onlardan da ikisi qızıl olub. Bu bizə əsas verir ki, birinci Avropa Oyunlarında da güləşçilərimizdən çox yüksək nəticələr gözləyək”.
N.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin Atəşgah məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəli hazırda Azərbaycanın bölgələrini dolaşır və regionlarda yaşayan vətəndaşlarımız onu böyük coşqu ilə qarşılayırlar: “Hamı birinci Avropa Oyunlarının bir parçası olduğu üçün özünü xoşbəxt hiss edir. Bu prosesi izləyən uşaq və yeniyetmələrin idmana marağı daha da artacaq.”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























