Digər idman növləri
“Bakı-2015”in məşəli Qəbələdə
Mayın 26-da Qəbələ rayonunda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Əllərində Azərbaycanın üçrəngli bayrağı, Avropa Oyunlarına aid şüarlar yazılmış plakatlar və gül dəstələri tutan on minlərlə rayon sakini küçələrə çıxaraq “Bakı-2015”in məşəl estafeti iştirakçılarını böyük sevinclə qarşılayıblar. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul edib.
Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirib. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəliblər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının çırağını isə meydana toplaşanların sürəkli alqışları altında 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırıb. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin müəllimi Səbinə Cahangirova ilk Avropa Oyunları məşəlinin Qəbələ şəhərinə gətirilməsindən duyduğu sevinci AZƏRTAC–ın müxbiri ilə bölüşərək deyib: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi, məni də qürurlandırır. Oyunların məşəlinin bu gün Qəbələ şəhərində yandırılması bizi hədsiz sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Artıq idman ölkəsinə çevrilən Azərbaycan son illər bu sahədə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından bəhrələnən idmançılarımız ildən-ilə daha böyük uğurlar əldə edirlər. Bu uğurlarda Qəbələ idmançılarının da xüsusi payı var. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi bizim yeniyetmə və gənclərdə idmana böyük maraq yaradıb. Bu tədbirin rayonumuzda keçirilməsi tarixi bir hadisədir. Arzu edirəm ki, bu gün qədim və müasir Qəbələdə yandırılan alov, tezliklə Qarabağda şölə saçsın”.
Qəbələ rayon Ağsaqqallar Şurasının sədri Nazim İsmayılov birinci Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsinin əhəmiyyətini yüksək qiymətləndirib: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu Oyunlar Azərbaycanın sürətli inkişafını, xalqımızın milli dəyərlərini və tolerantlığını dünyaya nümayiş etdirəcək. Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq aləmdə yüksək etimad qazandığını göstərir. Oyunların Bakıda keçirilməsi bir daha təsdiqləyir ki, dünyanı cənginə alan iqtisadi böhran Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Əksinə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsini üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltmiş, etibarlı tərəfdaş olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram”.
Möhtəşəm Alov festivalı, respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı Qəbələ sakinlərinin sevincini daha da artırdı. Sonda atəşfəşanlıq olub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























