Digər idman növləri
“Bakı-2015”in məşəli Daşkəsəndə
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Gəncədə keçirilən möhtəşəm festivaldan sonra dağlar qoynunda yerləşən Daşkəsən rayonuna gətirilib. Daşkəsənin giriş qapısında məşəlin təntənəli qarşılanma mərasimi olub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində rayonun minlərlə sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb. Avropa Oyunlarının rəmzi qapısında ağırlıqqaldırma üzrə dünya çempionu Xaqani Abdullayev məşəli qəbul edərək bildirib ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir. İdmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. O, ölkəmizin bu yarışları yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edərək vurğulayıb ki, birinci Avropa Oyunları idmanın inkişafı ilə yanaşı, milli mədəniyyətimizin təbliğinə də əlverişli şərait yaradacaq.
Sonra 10 nəfər məşəlçi Avropa Oyunlarının rəmzi qapısından iki kilometr məsafədə yürüşə başlayıb. Onlar rayon sakinlərinin alqış sədaları altında Heydər Əliyev prospekti boyunca hərəkət edərək Ümummilli Liderin adını daşıyan mərkəzin qarşısına gəliblər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar. Sonuncu məşəlçi Zaur Həsənov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb və bu xoşbəxtlik ona nəsib olduğu üçün Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq edib.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Məşəl estafetinin unudulmaz sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Daşkəsən sakini Şahnaz Tağıyeva deyib: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürur doğuran hadisədir və ölkəmizin, Prezidentimizin dünyada getdikcə artan nüfuzundan xəbər verir. Azərbaycan xalqı bu gün əsl bayram əhval-ruhiyyəsi yaşayır. Sevinirik ki, gündən-günə güclənən, inkişaf edən bir ölkənin vətəndaşlarıyıq”.
Rayon müharibə, əmək və silahlı qüvvələr veteranları şurasının sədri Elman Məmmədov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını tarixi hadisə kimi dəyərləndirbi, ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Birinci Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna yola salınıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
11.11.2026
10.11.2026
09.11.2026
























