Digər idman növləri
Ağdamda Ümummilli liderin xatirəsinə həsr olunmuş yarışa yekun vurulub
Aprelin 23-26-da Ağdam Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Litva, Gürcüstan, İran, Qazaxıstandan ümumilikdə 400-dək idmançı qüvvəsini sınayıb. 9 çəki dərəcəsi üzrə klassik və layt versiyaları üzrə keçirilən turnirdə Azərbaycan komandası 4 heyətlə təmsil olunub. Yarışları 14 hakimin idarə edib. Bununla yanaşı, mübarizəyə paytaxtla yanaşı, 10 regionu (Naxçıvan, Qarabağ, Şirvan, Gəncə və s.) təmsil edən idmançılarımız da qoşulublar. Təmsilçilərimiz müxtəlif yaş qrupları üzrə yeniyetmə, gənclər və böyüklər arasında qüvvələrini sınayıblar.
Aprelin 24-də beynəlxalq turnirin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Universal Döyüş Federasiyasının Prezidenti, (AUDF) Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, Ağdam rayon icra başçısı Raqub Məmmədov, “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru Natiq Abbasov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov iştirak ediblər. AUDF prezidenti Azər Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən turnirin ənənə halını aldığını, bu yarışın ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən federasiya rəsmisi ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu vurğulayıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Azər Həsənov ölkəmizdə digər sahələrdə olduğu kimi, idman sahəsinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, respublikamızda idmanın maddi-texniki bazasının gücləndirildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib: “Beynəlxalq turnirin Ağdamda, ən ucqar rayonunda, cəbhə bölgəsində təşkil olunması bir daha nümayiş etdirir ki, xalqımızın firavan həyatı dövlət tərəfindən təmin olunub və ölkəmizin hər bir güşəsində idmanla məşğul olmaq üçün şərait yaradılıb. Universal döyüş idman növü gənclərin hərbi-vətənpərvər ruhda yetişməsində böyük rola malikdir. Müharibə şəraitində yaşayan bir ölkədə bu idman növünün təbliği çox vacib amildir. Qeyd edim ki, federasiya tərəfindən yarış ənənəvi olaraq 12-ci dəfədir ki, keçirilir. İndiyədək paytaxtla yanaşı, bu yarışın bölgələrimizdə təşkilinə nail olmuşuq”.
Ölkəmizin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu deyən federasiya prezidenti tarixində ilk dəfə Azərbaycanda təşkil olunacaq Avropa Oyunlarının bütün dünyanın diqqətini özünə cəlb edəcəyinə inandığını bildirib.
Ağdam rayon icra başçısı Raqub Məmmədov da çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib. Azərbaycan komandasının üzvləri turnirdə uğurla çıxış edərək 7 qızıl, 8 gümüş, 13 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Təbriz Qasımov (65 kq), Orxan Qurbanov (70 kq), Nicat Əliyev (75 kq), Elnur Cəfərov (85 kq), Orxan Binnətov (90 kq), Aqşin İrzaquliyev (95 kq), Məhərrəm Səbirəliyev (+95 kq) qızıl medallar qazanıblar. 60 və 80 kq çəki dərəcələrində isə birinci yerləri, müvafiq olaraq, rusiyalı Mansur Maliçiyev və türkiyəli Muhammed Ensan Yalçın (80 kq) tutublar. Azərbaycan yığma komandası ümumi hesabda birinci pillədə qərarlaşıb. Türkiyə ikinci, Rusiya millisi isə üçüncü olub.
Xatırladaq ki, ötən il Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan yığma komandası ümümi hesabda birinci pillədə qərarlaşmışdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























