17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

“Həmin oyunlarda uğur qazansa, “Xəzər adaları” çempion olacaq”

“4:3 hesabı ilə qalib gəldik. 2 bərabər səviyyəli komandanın oyununu izlədik. Görüş elə alındı ki, hər iki tərəf qələbə qazana bilərdi”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Fənər” futzal klubunun baş məşqçisi Predraq Rayiç deyib.

Ölkə çempionatının növbəti turu çərçivəsində “Xəzər adaları”nı 4:3 hesabı ilə məğlub etdikləri oyunu şərh edən serb mütəxəssis qələbəyə görə komandasına minnətdarlıq edib: “Futbolçularıma təşəkkür edirəm. Onlar bu gün meydanda ürəklərini qoydular. İndi liderlə xal fərqimiz 5-ə endi. “Xəzər adaları”nın qarşıda 2 çətin oyunu var. Həmin oyunlarda uğur qazansa, “Xəzər adaları” çempion olacaq. Bu halda biz də onları yalnız təbrik edə bilərik”.

Rayiç hakimlər barədə də qısa fikirlərini açıqlayıb: “Referilər haqda fikir bildirmək istəməzdim. Ola bilər ki, oyunun çətinliyi, hər iki tərəfin güclü olması onlara da təsir edir. Bəlkə də belə oyunu idarə etməkdə çətinlik çəkirlər”.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30