Digər idman növləri
Fariz Məmmədov: “Bu döyüşdə heç bir maddi marağım yoxdur”
Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov bu gün mətbuat üçün açıq məşq keçirib. Məşqdən sonra isə peşəkar boksçu jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli boksçu ilk öncə qarşıdakı döyüşü haqda danışıb:
- Növbəti döyüşüm mayın 2-də baş tutacaq. Almaniydakı Azərbaycan səfirliyinin və diasporunun dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş boks gecəsi keçiriləcək. Həmin yarışa Almaniyadakı səfirliyimiz və diaspor tərəfindən dəvət almışam. Peşəkar boksda maddiyat böyük rol oynayır. Lakin bu döyüşdə mənim heç bir maddi marağım yoxdur. Gecə Ulu Öndərin xatirəsinə həsr olunduğundan dərhal döyüşə razılıq verdim. Böyük bir boks gecəsi olacaq. 10-a yaxın döyüş baş tutacaq. Mən də rinqə çıxacağam. 10 raundluq reytinq xarakterli döyüş keçiriləcək. Avropa çempionu olduğuma görə özümdən aşağı reytinmqli idmançılarla döyüşə bilmərəm. Buna ixtiyarım yoxdur. Vuruşsam, xallarım silinər. əziyyətim hədər gedir. Özüm də bunu istəmirəm. İdmançı gərək daim özündən güclülərlə vuruşsun. Rəqibim belarusludu olsa da, əsasən Avropada döyüşür. Andrea Abramenkodur. Peşəkar rinqdə 29 döyüş keçirib. Bunlardan 20-də qələbə qazanıb, 7 dəfə uduzub, 2 dəfə isə heç-heçə edib. O, Aleksandr Abramenkonun qardaşıdır. Aleksandrı Xarkovda 2013-cü ildə nokaut eütmişəm. İndi isə rəqibim onun kiçik qardaşıdır. Möhtəşəm döyüş olacaq. Birincisi, həyəcanlıyam. Öz vətənimdə bəxtim gətirmirdi. İnanıram ki, gələcəkdə gətirəcək. Ona görə həyəcanlıyam ki, boks gecəsi Ulu Öndərin xatirəsinə həsr olunub. Rəqibim güclüdü, necə deyərlər “hədiyyə” deyil. Onun güclü olmağı məni sevindirir. Çalışacağam şərəfini qoruduğum dövlətimi, klubumu layiqincə təmsil edim.
- Döyüşə hazırlıq hansı səviyyədə oldu?
- Azərbaycanın həvəskar boks yığmasının toplanışlarında iştirak etmişəm. Baş məşqçi kubalı Pedro Rokidi. Eləcə də “Qəbələ” İdman Klubunun baş məqçisi Ximesen Lazaro ilə hazırlaşdım. 12-ci həftədir artıq hazırlıq gedir. Məşqlər yekunlaşmaq üzrədir. Dünən axırıncı soparrinq döyüşü keçirdim. Sabah son məşqdi. Bununla da hazırlıqları bitirirəm. Daha sonra bərpa prosesləri gedəcək. Gələn həftənin ilk günləri isə yola düşəcəyik.
- Adətən səfər döyüşlərin uğurlu alınır. Bu dəfə rinqdə nələr baş verə bilər?
- Taktikamızı elə qurmuşuq ki, döyüşü 10 raunda qədər çəkək. Mən özüm də istəyirəm ki, döyüşüm uzun olsun. Düzdür, məqam yetişəndə əldən buraxmaq olmaz. Amma son döyüşlərim qısa çəkir. Ona görə də bu dəfə rinqdə daha çox vaxt keçirmək istəyirəm. Vətəndə keçirdiyim son döyüşlərdə bir qədər bəxtim gətirmir. Düzdür, qalibləri mühakimə etmirlər. Ona görə də zədələri bəhanə etmirəm. Sözün açığı, Abramenkonun bu dəfə kiçik qardaşı ilə döyüşmək istəməzdim. Amma rəqibi mən seçmirəm. Bizim işimiz rinqə çıxıb, vuruşmaqdı.
- Ümid edirik ki, Almaniyadakı döyüşün uğurlu alınacaq. Ondan sonra planların necədir?
- Yanvardan dincəlmirəm. Çox yorulmuşam. Bu döyüş üçün 12 həftə hazılaşdıq. 12 həftə az müddət deyil. Bu yarışdan sonra Avropa çempionu titulundan imtina etməliyəm ki, dünya çempionluğu uğrunda mübarizə apara bilim. Ya dünya çempionluğu uğrunda döyüşmək üçün Amerikaya gedəcəyik, ya da rəqibi Qəbələyə dəvət edəcəyik. Çox istərdim ki, o cür mühüm döyüşü vətənimdə keçirim. Bu bir tarix olar. Xatırlayırsınızsa, qitələrarası çempion adını 2004-cü ildə vətəndə qazanmışdım. İndi də dünya çempionu tituluna vətənimdə sahib çıxmaq istəyirəm.
- Abramenko qardaşının qisasını almağa çalışacaq. Bu məqam Fariz Məmmədovun lehinə, yoxsa əlehinə işləyə bilər?
- Heç bir boksçu döyüşə uduzmaq üçün çıxmır. Mən də qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm. İdmanda bəxt, təsadüf olmur. Bəxt hər zaman güclülərin tərəfindədir. Mən də bütün gücümü ortaya qoyacağam ki, belə bir vacib döyüşdə xalqımı sevindirim.
- Revanş aldığın Mattias Pelklə yenidən üz-üzə gəlmək imkanın var? O, sənə revanş üçün dəvət göndərib?
- Pelk güclü idmançıdır. Amma məndən revanş istəməyib. Bir çox versiyalarda dünya çempionudu. Revanş döyüşündən sonra onu müayinəyə apardılar. Hətta dedilər ki, zədəsi ciddi olduğu üçün boksdan uzaqlaşlb. Lakin belə deyil. Mayın 2-də möhtəşəm boks gecəsində o da döyüşçəcək. Çox istərdim ki, Pelk də qələbə qazansın və bundan sonra məni revanşa dəvət etsin. Buna yalnız şad ola bilərəm. Onunla vətənimdə keçirilən döyüşdə uğursuzluğa düçar oldum. Udduğum halda, döyüşü yarımçıq dayandırdım. Amma sonradan onun vətənində dördüncü raundda qələbə qazandım.
- Mayın 2-dəki rəqibin döyüş üslubunu necə dəyərləndirə bilərsən?
- Dediyim kimi, daha əvvəl qardaşını məğlub etmişəm. O, Afina Olimpiadasında 71 kq çəki dərəcəsində təmsilçimiz Cavid Tağılyevi məğlub etmişdi. Özü də çox təcrübəlidi. Əsas üstünlüyü odur ki, nəfəsi, qəlbi genişdi. Üstəlik texnikalıdı, tez-tez nokauta düşən deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Zirə”də gözlənilməz ayrılıq
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
11:08
"Nyukasl"ın yeni baş məşqçisi müəyyənləşdi
-
10:42
Salahı Trabzonda 25 min azarkeş qarşıladı
-
10:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:17
"Fənərbaxça" "Şturm"u məğlub etdi VİDEO
-
09:54
"Mingəçevir"də yeni baş məşqçi
-
09:30
"Qarabağ" Kiyev "Dinamo"suna qarşı
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
-
15:21
Dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacağıq
-
14:37
"Kəpəz"də yeni müqavilə
-
14:05
“Turan” heyətini kubalı voleybolçu ilə gücləndirib
-
13:52
Boksçularımız Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
-
13:16
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
-
12:48
Qurban Qurbanov: “Səfərə yaxşı nəticə üçün gedirik”
-
12:23
Zamiq “Şemrok Rovers”ə qarşı oynadı
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
-
23:00
Sxadadze: "Yeni mövsümə heç 70 faiz də hazır deyilik"
-
21:56
Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”
-
20:27
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
-
20:08
"Turan Tovuz" 2 milyon dollarlıq tərəfdaşlıq müqaviləsi imzaladı
-
19:44
“Karvan-Yevlax”dan yeni transfer
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
06.08.2026
05.08.2026
04.08.2026
























