4 Mart 2026, Çərşənbə
"Zirə" ilk yarımfinalçı oldu
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik

Minifutbol

AFFA U-15 liqasının bombardirini mükafatlandırdı

 

U-15 qızlar Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Fidan" komandasında çıxış edən Leyla Ağayeva AFFA tərəfindən mükafatlandırılıb.
Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyevin, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Patrisia Qonzalesin və AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA seminarının iştirakçılarının qatıldığı tədbir Leyla Ağayevanın təhsil aldığı Nizami rayonundakı 201 saylı orta məktəbdə təşkil olunub.
Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə U-19 qızlar yığmasının baş məşçisi Patrisia Qonzales çıxış edərək qalibə təbriklərini çatdırıb və qadın futbolunun təbliği baxımından belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonra P.Qonzales AFFA-nın hədiyyələrini Leyla Ağayevaya təqdim edib. 201 saylı orta məktəbin direktoru Süsən Salmanova çıxış edərək tədbirin təşkili ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib.
 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31