29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Minifutbol

Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Tennis Akademiyasında keçirilən yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində öncə meydana “Birbaşa Bakı” və “Galaxy” çıxıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn “Birbaşa Bakı” bu dəfə də rəqibin qapısından 3 cavabsız top keçirib.

Digər yarımfinal matçı daha gərgin alınıb. 6 qolun vurulduğu görüşdə "Zirə" "Aznur"u 4:2 hesabı ilə üstələyib. İlk matçda da 2:0-lıq qələbəyə sevinənə “Zirə” ikinci finalçı olub.

Beləliklə, mart 11-də keçiriləcək ölkə çempionatının final matçında iki əsas favorit - “Birbaşa Bakı” və “Zirə” üz-üzə gələcək. Bürünc medal uğrunda görüş isə “Aznur” və “Galaxy” komandaları arasında oynanılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31