13 Oktyabr 2026, Çərşənbə axşamı
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi

Ölkə futbolu

Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar

Azərbaycanlı FİFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıblar.

Futbolxeber.az saytının məlumatına görə, onlar UEFA Avropa Liqasında iş başında olacaqlar.

Elçin Məsiyev “Çelye” (Sloveniya) - “Omoniya” (Kipr) matçını idarə edəcək. Ona yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Farid Hacıyev dördüncü hakim, Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi (AVAR) funksiyasını yerinə yetirəcək. VAR hakimi italiyalı Luka Payeretto olacaq.

NEC (Niderland) - “Levski” (Bolqarıstan) qarşılaşması isə Əliyar Ağayevə tapşırılıb. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. İnqilab Məmmədov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi isə xorvatiyalı İvan Bebek təyin edilib.

Hər iki görüş oktyabrın 15-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31