Ölkə futbolu
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
II Liqada mübarizə aparan “Dinamo” Futbol Klubunun prezidenti, 2 dəfə AFFA İcraiyyə Komitəsinin üzvü olmuş Yaşar Seyidovun Futbolxeber.az saytına müsahibəsi
- Bir neçə illik fasilədən sonra “Sabahın ulduzları” yarışı bərpa olundu. Bu turnirin səviyyəsini, təşkilatçılığını necə qiymətləndirirsiniz?
- Bakı Futbol Federasiyasının və AFFA-nın birgə layihəsi əsasında U-14 və U-15 yaş qrupları üzrə “Sabahın ulduzları” turniri çox yüksək səviyyədə keçirildi. Premyer Liqa klubları ilə yanaşı, akademiyaların və II Liqada mübarizə aparan “Dinamo”nun U-15 komandası bu yarışda iştirak etdi. Turnirin keyfiyyət göstəricisi olduqca yüksək idi. Təxminən 140-a qədər oyunun televiziya və internet üzərindən yayımı, eləcə də matçları 25 minə qədər azarkeşin stadiondan canlı izləməsi buna sübutdur. Səhv etmirəmsə, televiziya və yutub üzərindən yarışın baxış sayı bir milyondan çox oldu. Təkcə finalın izlənmə sayı isə 120 minə qədər idi. Bütün bunlar “Sabahın ulduzları”nın ən yüksək səviyyədə təşkil olunduğunu göstərir. Turnir mənə o qədər xoş gəldi ki, final matçı başa çatdıqdan sonra turnirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə AFFA-nın baş katibi Cahangir Fərəcullayevə, eləcə də Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanova həm “Dinamo”, həm də Azərbaycan futbol ailəsi adından təşəkkür edib, minnətdarlığımı bildirdim.
- Yaşar müəllim, çoxlarından fərqli olaraq siz illər əvvəl keçirilən “Sabahın ulduzları” turnirində də “Bakı” klubu ilə təmsil olunmusunuz, yəni bu turnirə daha yaxşı bələdsiniz. Əvvəlki yarışlardan fərqli olaraq budəfəki turnirin qısa müddətli olması, mövsümü əhatə etməməsi nə dərəcədə faydalı ola bilər?
- Doğrudur, əvvəllər yarış daha uzun müddətli keçirilirdi. Demək olar bir mövsümü əhatə edirdi. Budəfəki turnir bir növ tezliklə Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək U-15 millimiz üçün seleksiya xarakteri daşıyırdı. Düşünürəm ki, bu turnir Azərbaycanın U-15 yığmasına düşə biləcək futbolçuların seçimi baxımından yüksək qiymətləndirilməlidir. Digər tərəfdən də, uzun illərdən sonra AFFA tərəfindən bu yarışın bərpa olması çox gözəl təşəbbüsdür. Bu ideyanı yalnız dəstəkləməliyik. Çünki bilirik ki, vaxtı ilə bu yarışdan Azərbaycanın əsas milli komandasına qədər yüksələn xeyli futbolçu çıxıb.
- Maraqlıdır ki, “Sabah”, “Neftçi”, “Qarabağ” kimi Premyer Liqa klubları ilə müqayisədə, U-15 kateqoriyasında “Ulduz” çempion oldu. Bu nəticəni sürpriz hesab etmək olar?
- Qeyd etdiyiniz kimi, bu yarışda Premyer Liqa klubları, akademiyaların və II Liqada mübarizə “Dinamo” ilə yanaşı, İdman və Gənclər Nazirliyinin “Ulduz” komandası da iştirak edirdi. Bu, yarışa xüsusi rəng qatdı. Çoxlarının gözləmədiyi halda, U-15 qrupunda “Ulduz”un çempion olması maraqla qarşılandı. Bu komandanın uğur qazanmasını mən də sevinclə qarşıladım. Çünki həmin komandanın baş məşqçisi İlyas Qurbanovdur. Hansı ki, “Dinamo”nun yetirməsidir, uzun illər “Bakı”da da çıxış edib. Eləcə də məşqçi kimi ilk addımlarını bizim akademiyada atıb. Bu gün də Azərbaycan futboluna çox yüksək səviyyədə xidmət edir. Eləcə də “Ulduz” komandası U-14 kateqoriyasında üçüncü yeri tutdu. Həmin komandanı da vaxtı ilə akademiyamızda işləmiş Nurəddin müəllim çalışdırır.
Ümumiyyətlə, qeyd edim ki, “Ulduz” komandasının qazandığı nəticələr təsadüfi deyil. Çünki onlar da hardasa vaxtı ilə “Bakı”nın getdiyi yolu davam etdirirlər. İdman və Gənclər Nazirliyi Şağan Olimpiya İdman Kompleksində bu komanda üçün gözəl şərait yaradıb. Futbolçuların orada qalması, qidalanması, məşqləri çox yüksək səviyyədə təmin olunur. Dediyim kimi, nazirlik futbola çox böyük diqqət ayırır. “Ulduz” komandasının “Sabahın ulduzları”nda qazandığı medallar da çəkilən zəhmətin boşa getmədiyini göstərir. Nazirliyin idman idarəsinin rəisi Elnur Məmmədov uzun illər futbol sahəsində çalışıb. Bu işlərə də məhz o rəhbərlik edir.
- Tezliklə Bakıda U-15 dünya çempionatı və festivalı keçiriləcək. Bu yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə uşaq futbolunun inkişafına təkan ola bilər?
- Təbii ki, belə bir yarışın dünyada ilk dəfə Azərbaycanda keçirilməsi özlüyündə müsbət məqamdır. AFFA turnirin yüksək səviyyədə təşkili üçün Hövsanda FİFA standartına uyğun 10 stadion inşa edib. 16 hektar ərazidə yerləşən həmin kompleksdə hər cür şərait yaradılır. Dünya çempionatında təxminən 190 ölkə, 4 minə yaxın futbolçu iştirak edəcək. Hesab edirəm ki, bu turnir Azərbaycanda futbolun inkişafı və populyarlaşması baxımından böyük rol oynayacaq. AFFA-nın bu sahədə gördüyü işləri yüksək qiymətləndirirəm. Adicə bir məqamı qeyd edək ki, dünya çempionatından sonra həmin stadionlar ölkədə uşaq futboluna xidmət edəcək. Həqiqətən də AFFA rəhbərliyi, baş katib Cahangir Fərəcullayev, baş katibin müşaviri Ramazan Səmədovun gördüyü işləri yüksək qiymətləndirmək lazımdır. FİFA prezidenti Canni İnfantino da Bakıya səfəri zamanı AFFA-nın 66 gün ərzində inanılmaz işlər ortaya qoyduğunu bildirdi. Bu gün dünya çempionatı üçün inşa olunan həmin stadionlar gələcəkdə yüzlərlə gəncin futbol oynamasına, milli komandalarımız üçün ehtiyat qüvvənin hazırlanmasına xidmət edəcək.
- Artıq iki ilə yaxındır ki, AFFA-nın İnkişaf Strategiyası qəbul edib. Amma görünən odur ki, strategiyada qeyd olunanlar ya kağız üzərində qalıb, ya da işlər çox zəif gedir...
- Futbol elə bir sahədir ki, burada bir günə, bir aya, bir ilə uğur qazanmaq mümkün deyil. Xüsusən də söhbət uşaq futbolundan gedirsə. Strategiya ilə bağlı AFFA-nın heç bir iş görmədiyini söyləmək olmaz. Bayaq haqqında söz açdığımız “Sabahın ulduzları” turniri, Hövsanda inşa olunan kompleks – bütün bunlar da İnkişaf Strategiyasının bir hissəsidir. Bundan başqa, AFFA Bayıl stadionunda da futbol məktəbi yaradıb. Orada da çox yaxşı şərait qurulub.
- Bilirik ki, aşağı liqada çıxış etməsinə baxmayaraq, bu gün ölkədə uşaq futboluna ən çox diqqət ayıran klublardan biri də “Dinamo”dur. Bu sahədəki təcrübənizi nəzərə alaraq, “Dinamo” İnkişaf Strategiyasının bir parçası olaraq hansısa addımlar atır? Yaxud bu barədə düşünürsünüzmü?
- “Dinamo” klubu olaraq yeni futbol mərkəzin yaradılmasını, AFFA-nın İnkişaf Strategiyasına uyğun olaraq müəyyən alternativlərin hazırlanması üzərində işləyirik. Bu gün hər şeyi AFFA-nın üzərinə atmaq da düz olmaz. Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil. Bizim də müəyyən planlarımız var. Bilirsiniz ki, həm “Dinamo”nun aşağı yaş qrupu üzrə komandaları, həm də İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının üzvləri Abşeron Olimpiya Kompleksində məskunlaşıb. Lakin kompleksin bu gün yenilənməyə ehtiyacı var. Planımız ilk növbədə kompleksi müasir işıqlandırma sistemi ilə təchiz etmək, oradakı şəraiti yaxşılaşdırmaqdır. Kompleksi istədiyimiz səviyyəyə gətirdikdən sonra regionlardan 9-19 yaş arası istedadları yaradacağımız futbol mərkəzinə toplamağı düşünürük. Hesab edirəm ki, istedadların bir mərkəzdə toplanmasına ehtiyac var. Bu, AFFA-nın İnkişaf Strategiyasında da qeyd edilib. Biz çalışmalıyıq ki, gənclərin Avropada karyera qurmasına yol açaq. Bilirsiniz ki, vaxtı ilə bu işləri “Bakı” Futbol Akademiyasında yüksək səviyyədə görmüşük. İstedadlı yetirmələrimizi “Atletiko”nun, “Lans”ın, “Anderlext”in düşərgəsinə yollayırdıq. Bu gün milli komandanın lideri olan Mahir Emreli həmin yolu keçib. Lakin sonradan müəyyən problemlər ortaya çıxdı və işimiz yarımçıq qaldı. Həmin layihəni yenidən bərpa etmək istəyirik. Özü də həmin klublarla bu gün də çox gözəl münasibətimiz var. Planımızı həyata keçirsək, futbol mərkəzimizin yetirmələrinin təcrübə üçün yollanacaqları ilk klublardan biri elə Madrid “Atletiko”su olacaq.
Dediyim kimi, regionlardan 9-19 yaşlı gəncləri Abşeron Kompleksində toplamaq, onları inkişaf etdirmək, Avropanın müxtəlif klublarına təcrübəyə yollamaq, Avropanın aparıcı klublarının iştirakı ilə kompleksimizdə beynəlxalq turnirlər keçirmək və s. Yəni planlarımız genişdir.
- Planlarınız gözəldir, lakin bütün bu işləri həyata keçirmək üçün maliyyə lazımdır. Bilirik ki, “Dinamo” yalnız dövlətin ayırdığı aylıq 5800 manatla ayaqda qalır...
- Yaralı yerimə toxundunuz. Lisenziyalaşdırma qaydalarına görə, Premyer Liqa klublarının 9-19 yaş arası komandaları olmalıdır. Bunun üçün AFFA hər kluba 500 min manat civarında vəsait ödəyir. I Liqada mübarizə aparan, Premyer Liqanı hədəfləyən klubların da minimum 4 yaş qrupu üzrə komandası olmalıdır. Məncə, bu tələb II Liqa klublarına da şamil edilməlidir və aşağı liqa təmsilçilərinə də uşaq futbolu üçün pul ayrılmalıdır. Futbolun inkişafını istəyiriksə, işə məhz uşaq futbolundan başlamaq lazımdır. Aşağı liqa klublarını da bu işə həvəsləndirmək, futbolçu yetişdirməyə motivasiya etmək lazımdır. Bu gün Premyer Liqanın əksər klublarının sponsoru var. Lakin hətta sponsoru belə kənara qoysaq, AFFA tərəfindən ayrılan, UEFA-dan “Het-trik” proqramı, eləcə də avrokuboklardakı çıxışa görə verilən həmrəylik vəsaitini nəzərə alsaq, bu, təxminən 4 milyon, bəlkə də daha artıq pul edir. Bu halda görün Premyer Liqa ilə aşağı liqa təmsilçiləri arasında maddi baxımdan necə böyük fərq yaranır. Bu gün Premyer Liqada elə klub var ki, uşaq futboluna “Dinamo” qədər diqqət ayırmır. Amma əvəzinə 4-5 milyon pul alır, biz isə ayda cəmi 5800. Bu, nə dərəcədə ədalətlidir? Ona görə çox istərdik ki, bütün bu məsələlər AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclaslarında müzakirəyə çıxarılsın. UEFA-dan gələn vəsaitlərdən aşağı liqa təmsilçilərinə də pay düşsə, çox yaxşı olardı. Futbolçunu yetişdirirsən, sonra gedir başqa kluba və buna görə heç bir vəsait ödənilmir. Bu, nə dərəcədə ədalətlidir?
- Siz ad çəkməsəniz də, biz də bilirik ki, bu gün Premyer Liqanın bəzi klubları uşaq futboluna lazımi qədər diqqət ayırmırlar. Konkret rəqəmlərə toxunsaq, “Dinamo”nun bu gün aşağı yaş qruplarında nə qədər uşaq futbolun sirlərini öyrənir?
- Bu gün Premyer Liqa klublarında olduğu kimi, “Dinamo”nun da U-13, U-14, U-15, U-16, U-17, U-19, gənclər və əsas komandası mövcuddur. “Dinamo”nun bütün yaş qruplarını, eləcə də İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının iki yaş qrupunu nəzərə alsaq, 400 futbolçumuz gənclər liqasında çıxış edir. Hansı ki, həmin uşaqların əksəriyyətini Bakı və ətraf kəndlərdən gətirmişik. Futbolun kütləviliyinə nail olmaq, eləcə də gəncləri pis vərdişlərdən uzaq tutmaq, onların sağlam həyat tərzi sürmələri üçün əlimizdən gələni edirik. Bütün bunlarda məqsədimiz Azərbaycan futboluna xidmət etməkdir.
- Yaşar müəllim, uzun müddətdir Azərbaycan futbolundasınız, illərlə İcraiyyə Komitəsində təmsil olunmusunuz, ölkənin ən yaxşı klublarından birində vitse-prezident postunu tutmusunuz. Səmimi deyin, bu gün gördüyünüz işin qarşılığını almamaq sizə necə təsir edir? Məyus olmursunuz, yaxud bezmirsiniz?
- Mən inanıram ki, Azərbaycan futbolu üçün gördüyümüz işlər qiymətləndiriləcək. Nə vaxtsa öz layiqli yerini alacaq. Bilirsiniz ki, biz bu işə uzun illər əvvəl, “Bakı” futbol klubunda başladıq. Son illərdə də bu işi “Dinamo”da davam etdiririk. Bu müddət ərzində Azərbaycan milli komandalarına 100-dən çox futbolçu vermişik. Yetirmələrimiz bu gün də əsas millidə, aşağı yaş qrupları üzrə yığmalarda, Premyer Liqanın demək olar ki, bütün klublarında forma geyirlər. Yetirmələrimiz arasında karyerasını başa vuranlar, AFFA-da, klublarda müxtəlif vəzifə tutanlar var. O qədər ad saya bilərəm ki. Fərrux İsmayılovdan, Ceyhun Sultanovdan tutmuş Adil Şükürova, İlyas Qurbanova, Rafael Əmirbəyova, Aqil Məmmədova qədər. Bu gün Vüqar Mustafayev əsas millidə, Hacı Əhmədov “Şəfa”da məşqçi işləyir. Yaxud istər Mahir Emreli olsun, istər Namiq Ələsgərov, Rəhman Hacıyev və digərləri. Hətta siyahını daha da uzadıb tibbi personalı, inzibati işçiləri də qeyd edə bilərəm. Bir sözlə, təvazökarlıqdan uzaq olsa da, biz bu illər ərzində Azərbaycan futboluna xidmət etmişik. Bu gün də yolumuza davam edirik. Biz çalışırıq ki, təkcə futbolçu yox, həm də şəxsiyyətlər yetişdirək. Gücümüz çatdığı qədər də bu yolda irəliləyəcəyik. Sadəcə bəzən elə məqamlar olur ki, orada maliyyə ön plana çıxır. Mənə pis təsir edən düşündüyümüz ideyaların həyata keçirilməsində yaranan çətinliklərdir. Bəzən sırf maliyyəyə görə hansısa işimiz yarımçıq qalır, yaxud hansısa planı həyata keçirə bilmirik. Lakin yenə də ruhdan düşmürük. İnanıram ki, Abşeron Olimpiya Kompleksində arzusunda olduğumuz futbol mərkəzini yarada biləcəyik və Azərbaycan futboluna yenə də mahirləri, namiqləri, rəhmanları qazandıracağıq.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
-
10:00
Toral ehtiyatda qaldı, “Bursaspor” uduzdu
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
13.10.2026
12.10.2026
11.10.2026























