Ölkə futbolu
Evdə də qonaq “İmişli” - YAZI
Bu, Kaşukun “İmişli” ilə görüşdə hesabı açdığı epizoddur. Fikir verin, “Qarabağ” fərqləndikdən sonra qapının arxasındakı topdaşıyan uşaqlar qola sevinirlər. Halbuki Ağdam klubu bu matçda qonaqdır. Nominal ev sahibi “İmişli”dir. Adətən topdaşıyan komanda ev sahibi klubun aşağı yaş qrupları üzrə komandalarından seçilir. Tutaq ki, “Qəbələ” öz meydanında “Kəpəz”i qəbul edirsə, bu matçda topdaşıyan uşaqlar “Qəbələ”nin U-13, yaxud U-15 komandasının üzvləri olur. Nəzərə alsaq ki, “İmişli”nin “nə goru var, nə də kəfəni”, o zaman ehtimal etmək olar ki, bu azyaşlıların “İmişli”yə heç bir aidiyyəti yoxdur. Böyük ehtimalla, Yevlaxda futbolla məşğul olan azyaşlılardır.
Yaxşı xatırlayıram, elə həmin “Qarabağ”ı “İmişli” keçən il Qubada qəbul edirdi. Ev sahibi “İmişli” olsa da, stadiona toplaşanların 95 faizi “Qarabağ”a azarkeşlik edirdi. Bəli, Ağdam klubu son illər qazandığı nəticələrlə milyonların könlündə taxt qurub. Bu gün “Qarabağ”a Qubada da azarkeşlik edirlər, Yevlaxda da, Tovuzda da, Gəncədə də, Lənkəranda da. Lakin “Qarabağ” Yevlaxa səfər edib “Karvan”la, yaxud Tovuzda “Turan Tovuz”la, Gəncədə “Kəpəz”lə qarşılaşırsa, heç bir halda “Qarabağ”a dəstək olanların sayı yerli komandanın fanatlarından çox olmur. “İmişli”nin bədbəxliyi bax bundadır. Komanda doğma məkana qayıtmadıqca, bir gün Qubada, sabahısı gün Şamaxıda, birsigün də Yevlaxda oynadıqca, hər zaman məhz belə - evində qonaq olacaq. AFFA 66 günə Hövsanda 10 stadion inşa elədi, amma “İmişli” 3 ildən çoxdur stadion məsələsini həll edə bilmir. Guya kluba Premyer Liqaya yüksələndə 1 illik möhlət verilmişdi. Nə oldu bəs? 1 ildən də çox keçib, amma dəyişən nəsə yoxdur. Özünü yeni nəsil klub idarəçisi adlandıran “İmişli” rəhbərliyinə bu barədə sual ünvanlasan, deyəcəklər ki, sabah torpaq məsələsini həll edirik, 2 gün sonra fundament atılır, 5 günə özünüz də görəcəksiniz... Yonca məsələsi...
Biz deyəndə ki, “İmişli”, “Şəfa” kimi klubları Premyer Liqaya buraxmaq olmaz, bizə düşmən gözü ilə baxırlar. Hər dəfə söhbət “İmişli”dən düşəndə sual olunur ki, “3-4 ildə bu klubun Azərbaycan futboluna hansı faydası dəyib?”, cavab verən olmur. Çünki cavab yoxdur! Sadəcə adamın “İmişli”, “Şəfa” kimi klublara dövlət tərəfindən ayrılan milyonlara heyfi gəlir...
Az əvvəl xəbər yayıldı ki, “İmişli” baş məşqçi Fərid Namazovu istefaya göndərib. Tezliklə xəbər çıxsa ki, Jorj Kaşkilya geri qayıdır, qəti təəccüblənməyin...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
13.10.2026
12.10.2026























