12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Xarici futbol

A Seriyasında məşqçi istefası

İtaliya A Seriyasında 2026/27 mövsümündə daha bir baş məşqçi istefası qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, “Venetsiya” klubu Covanni Stroppa ilə yollarını ayırdığını açıqlayıb.

Təcrübəli mütəxəssisin gedişinə komandanın A Seriyasının 6-cı turunda “Atalanta”ya 1:3 hesabı ilə uduzması səbəb olub. Bu nəticədən sonra “Venetsiya” 6 turdan sonra xalsız qalaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Klub rəhbərliyi uğursuz nəticələrə baxmayaraq, Stroppaya gördüyü işlərə görə təşəkkür edib. Onun ötən mövsüm komandanı A Seriyasına yüksəltməsi xüsusi qeyd olunub.

Qeyd edək ki, cari mövsümün sentyabr ayında “Fiorentina”, “Bolonya” və “Parma” da baş məşqçiləri ilə yollarını ayırıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30