29 Dekabr 2025, Bazar ertəsi
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət
II Liqanın bombardirləri açıqlandı
"Zirə"nin hazırlıq planı bilindi

Minifutbol

UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şamaxı şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
 
Tədbirin sonunda hər bir iştirakçıya UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, Şamaxı Regional Futbol Məktəbinin əlaqələndiricisi, veteran futbolçu Vəli Qasımov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı təqdim ediblər.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31