4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”

"Bu komandada olduğum üçün böyük qürur hissi duyuram". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Viçko Şevel deyib.

26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. O, "Neftçi"nin çempionatdakı 1000-ci oyununa start heyətində başlamağın şərəf olduğunu deyib: “Belə möhtərəm gündə səfərdə qələbə qazandığımız üçün çox sevinirəm”.

Xorvat futbolçu “Qəbələ” ilə görüşdə etdiyi məhsuldar ötürmədən də danışıb: "Müxtəlif mövqelərdə oynaya bilərəm. Bu gün sırf dayaq yarımmüdafiəçisi kimi çıxış etdim. Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”.

Şevel növbəti matçlarda "Sabah", "Qarabağ" və "Turan Tovuz"la qarşılaşmalarla bağlı gözləntilərini də bölüşüb: "Bizi ağır qrafik gözləyir. Buna baxmayaraq, biz "Neftçi"yik və bunu göstərməliyik. Öz üzərimizdə işləyərək bu matçlara hazırlaşacağıq. Oyundan-oyuna qələbələr qazanmağa çalışacağıq. Qarşıda üç həftəlik fasiləmiz olacaq. Bundan da düzgün yararlanmağa çalışacağıq".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30