3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qəbələ" üzərində 3:0 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə matç haqda ümumi fikirlərini bölüşüb və daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatda fasilə yaranacaq. Bəzi oyunçular milli komandalarına yollanacaqlar. Oyunçulara 5 günlük istirahət verəcəyik. Sentyabrın 24-dən “Sabah”la oyuna hazırlaşacağıq. Hazırkı çempion indi yaxşı formadadır. Bu oyuna ciddi hazırlaşacağıq. Oktyabrın 2-də "Araz-Naxçıvan"la yoxlama oyunu keçirəcəyik. "Sabah"dan sonra "Qarabağ" və "Turan-Tovuz"la oynayacağıq. Bizi çətin matçlar gözləyir.

- "Sabah"la oyun Çempionlar Liqasına görə təxirə salınsa necə olar?

- Bu barədə düşünməmişəm. Əgər bizə müraciət etsələr, mən bu kimi məsələlərdə loyal davranacağam. Keçən mövsüm "Qarabağ"a güzəştə getdik. Azərbaycan klublarının Avropada uğur qazanmasını istəyirik. Bununla bağlı problem görmürəm.

- Komanda ilk hissədə o qədər də inamlı görünmədi. Bunun səbəbi nədir?

- Qəbələdə oynamaq çətindir. Bölgə dəniz səviyyəsindən çox yüksəkdə yerləşdiyindən, uyğunlaşmaq üçün vaxt lazımdır. İlk hissəni uyğunlaşmaqla keçirdik. Əsas odur ki, qalib gəldik.

- Demək olar ki, hər oyunda fasilədə Emin Mahmudovu  əvəzləyirsiniz. Bu, fiziki hazırlıqla bağlıdır?

- Xeyr, fiziki hazırlıqla bağlı deyil. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30