Ölkə futbolu
Əfran İsmayılovun israfçılığı...
İsrafçılıq zərərli vərdişdir. Quranda da buyurulur ki, Allah israf edənləri sevməz. Hətta dəstəmaz alanda suyu həddən artıq istifadə etmək dində məkruh sayılır...
Təəssüf ki, bu gün milyonların dövr etdiyi Azərbaycan futbolunda əksəriyyət israfçılığın zərərli vərdiş olduğunu “unudub”. Eynən “Şəfa”nın vitse-prezidenti Əfran İsmayılov kimi...
Dövlətin və sponsorun milyonlarını lazımsız legionerlərə xərcləyən klub rəhbəri transferlərdə israf etdiyi kimi, özünə də korluq vermir. Deyilənə görə, “Şəfa”nın Qəbələyə səfəri zamanı komandanın məskunlaşdığı “Karvansaray” otelində ən bahalı otaqda – “Superior king”də məhz Əfran İsmayılov məskunlaşıb. Təbii ki, klubun vitse-prezidentidir, istər ən bahalı otaqda qalar, istər ən ucuz. Sadəcə insanın gərək əməli ilə sözü də üst-üstə düşsün axı. Hər yerdə “Mən “MyGroup”un pullarını dağıda bilmərəm” (“Şəfa”nın sponsoru “MyGroup Holding” nəzərdə tutulur - red.) demək hara, 1 günlük Qəbələ səfərində ən bahalı otaqda qalmaq hara?..
Əslində “Şəfa”nın israfçılığa meyilli olduğu əvvəldən bəlli idi. Komanda II Liqadan I Liqaya yüksələndə də, I Liqada çempion olub Premyer Liqaya vəsiqə qazananda da bu uğurun altında yerli futbolçuların imzası var idi. Gəl ki, komanda Premyer Liqaya yüksələn kimi, bir çox futbolçu komandaya “lazım olmadı”. Əfran bəy çempionat başlamamış yerlilərin “qiymət oxumasını” bəhanə edərək “Şəfa”nın legionerlərə “qucaq açması”na haqq qazandırdı. Nəticədə də paytaxt təmsilçisi 10 legioner transfer etdi. Təbii ki, soruşsan, deyəcəklər ki, “Şəfa”nın “İmişli”dən, “Şamaxı”dan nəyi əskikdir, onlar gətirə bilir, biz yox? Haqlıdırlar da.
Burda birinci günah AFFA-dadır. Limitin ləğvi yeni nəsil klub idarəçilərinin əl-qolunu açıb və dövlətin ayırdığı milyonları sağa-sola xərcləyirlər. Belə baxanda bu, “Şəfa”nın da haqqıdır. Amma daha Belçikanın dördüncü liqasından yox da... Təəssüf ki, indiki məqamda əlimizdən heyif dövlətin ayırdığı milyonlara deməkdən başqa heç nə gəlmir...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























