4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Xarici futbol

“İnter”in əfsanəsi vəfat edib

“İnter”in əfsanəvi futbolçusu Sandro Matsola vəfat edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Milan klubunun mətbuat xidməti açıqlama yayıb. Veteran futbolçu 83 yaşında dünyasını dəyişib.

Matsola bütün peşəkar karyerasını “İnter”də keçirib. 1960-1977-ci illərdə Milan təmsilçisinin formasını geyinən əfsanəvi futbolçu klubun heyətində 565 rəsmi oyuna çıxıb və 162 qol vurub.

O, “İnter”lə 4 dəfə İtaliya çempionu olub, 2 dəfə Avropa Kubokunu qazanıb. Matsola 1964-cü ildə “Real”a qarşı Avropa Kubokunun finalında 2 qol vuraraq komandasının 3:1 hesablı qələbəsində əsas rol oynayıb.

İtaliya millisində 70 oyun keçirən Matsola 22 qol vurub. O, 1968-ci ildə milli komanda ilə Avropa çempionu olub, 1970-ci il dünya çempionatında isə finala yüksəlib.

Matsola futbolçu karyerasını başa vurduqdan sonra “İnter”də idman direktoru kimi də çalışıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30