4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin 2 üzvü 1/4 finala vəsiqə qazanıb.

Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib.

Döyüş Azərbaycan boksçusunun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Görüş sentyabrın 22-də olacaq.

Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gələn İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30