4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib

Naxçıvan şəhərində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Velo Fest" velosiped festivalı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, festivaldan əvvəl peşəkar velosipedçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Ordubad-Naxçıvan marşrutu üzrə 96 km, daha sonra şəhər daxilində həvəskarlarla birlikdə 7 km məsafə qət ediblər.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova velosiped idmanının, sağlam həyat tərzinin və ekoloji nəqliyyatın təşviqinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda təşkilatçılara və fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub. Festival çərçivəsində konsert proqramı, fotosərgi, rəsm master-klası, maarifləndirici təlim və viktorinalar da təşkil edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30