11 Oktyabr 2026, Bazar günü
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

"Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman

"Qarabağ" heyətinə 2 yeni oyuncu cəlb edir.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, həmin futbolçulardan biri Taofik İsmaeeldir (Taofeek Ismaheel).

Nigeriyalı 26 yaşlı bu futbolçu sol vingerdir. Müqavilə ilə Polşanın "Qurnik Zabje" klubuna məxsus olan İsmaeel son mövsümü icarə qaydasında "Lex" komandasında keçirib. O, ötən mövsüm Polşa Ekstraklasası, UEFA Konfrans Liqası və Polşa kuboku da daxil olmaqla 41 oyunda meydana çıxıb, 4 qol vurub, 5 qolun ötürməsini edib.

Transfer edilən digər futbolçu isə Reda Khadradır. O, hücumameyllli orta xətt futbolçusudur. Bundan başqa, sağ və sol vinger kimi də oynaya bilir. Reda Almaniyanın U-21 və U-19 millilərində də çıxış edib. Müqavilə ilə Fransanın "Reyms" klubuna məxsus olan Reda son mövsümü icarə qaydasında Liqa-1 təmsilçisi "Havr"da keçirib (8 oyun).

Hər iki futbolçunun artıq Bakıda olduğu və tezliklə onlarla müqavilə imzalanacağı gözlənilir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31