5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?

Dünən UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” - “Qarabağ” matçının (0:1) hakimlər briqadasında qadın hakim də yer alıb.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, söhbət albaniyalı Emanuela Rustadan gedir. 32 yaşlı hakim qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirib. Görüşün baş hakimi isə onun həmyerlisi Juxhin Xhaja olub.

1993-cü il dekabrın 18-də Albaniyanın Elbasan şəhərində anadan olan Rusta ölkəsinin ən tanınmış qadın futbol hakimlərindəndir. O, 2019-cu ildə FIFA referisi statusunu alan ilk albaniyalı qadın hakim kimi tarixə düşüb.

Rusta 2023-cü ilin iyununda UEFA hakimlərinin birinci kateqoriyasına yüksəlib. 2025-ci ilin dekabrında isə qadın hakimlər arasında UEFA-nın Elit kateqoriyasına daxil edilən ilk albaniyalı olub.

Albaniyalı referi ölkəsində kişilər arasında yüksək liqa matçlarını da idarə edib. FIFA-nın hazırkı siyahısında Rusta həm baş hakim, həm də video-hakim kimi yer alır.

Onun kişilərin avrokubok yarışlarında da təcrübəsi var. Rusta 2023/24 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin FCSB - ÇSKA-1948 (3:2) oyununda 4-cü hakim olub.

2025/26 mövsümündə isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirilən “Austriya” (Vyana) - “Banik” (Ostrava) matçında eyni funksiyanı yerinə yetirib.

Rusta qadın futbolunda daha yüksək səviyyəli beynəlxalq oyunlarda baş hakim kimi çalışıb. 2024-cü ildə UEFA Qadınlar Çempionlar Liqasında “Benfika” - “Barselona” matçını idarə edən ilk albaniyalı qadın hakim olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31