3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb

Bakıda keçiriləcək futbol üzrə U-15 dünya çempionatı və festivalında iştirak edəcək komandaların mübarizə aparacağı qruplar müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə FIFA açıqlama yayıb.

Azərbaycan millisi AF qrupunda yer alıb. Yığmamız Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.

Ümumilikdə turnirdə 191 komanda 32 qrupda mübarizə aparacaq. Yarışın ilk oyunları 24 oktyabrda, final qarşılaşmaları isə 30 oktyabrda keçiriləcək.

Turnirdə komandalar 8x8 formatında qarşılaşacaq. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Qrup mərhələsinin yekunlarına əsasən, iştirakçılar altı performans səviyyəsinə bölünəcək və bütün komandalar turnirin son gününədək mübarizəni davam etdirəcəklər.

Yarış çərçivəsində ümumilikdə 943 oyun keçiriləcək. Qarşılaşmaların böyük hissəsi Hövsan Olimpiya İdman Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı ilk dəfə Azərbaycanda keçirilir. Turnirdə 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcəklər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30