4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Minifutbol

Vüsal İsayev: “Federasiya tərəfindən uğur qazanmağımız üçün hər cür şərait yaradılmışdı”

“Çox çətin bir turnir oldu. Qrupdan çıxdıqdan sonra biz düşdüyümüz tərəfdə dünya və Avropa çempionları yer almışdı. Yarımfinalda son Avropa çempionu Serbiya ilə üz-üzə gəldik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol millimizin üzvü  Vüsal İsayev Azərbaycan yığmasının tarixində ikinci dəfə Avropa çempionu olmasını şərh edərkən deyib.

O, turnirdən əvvəl minimum hədəflərinin final oynamaq olduğunu vurğulayıb: “Turnirə son dünya çemionu kimi qatılmışdıq. Federasiya tərəfindən uğur qazanmağımız üçün hər cür şərait yaradılmışdı. Bakıda, Monteneqroda təlim-məşq toplanışında olmuşduq. Yarışa çox yaxşı hazırlaşmışdıq. Minimum hədəfimiz final oynamaq idi. Şükürlər olsun ki, çempionluq qismət oldu”.

İsayev turnirdəki hansı oyunun daha çətin alınmasından da söz açıb: “Ən çətin oyun Serbiya ilə matç idi. Rəqib fiziki cəhətdən çox güclü komandadır. Neçə ildir eyni heyətlə oynayırlar. Bizi çox yaxşı analiz etmişdilər. Onlara qarşı öz oyunumuzu sərgiləyə bilmədik. Çox əziyyət çəkdik. Bununla belə, penaltilər seriyasında qələbə qazandıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30