4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Xarici futbol

"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı

Yaponiya millisinin və "Neftçi"nin keçmiş yarımmüdafiəçisi Keysuke Honda "Jurong"un heyətində ilk oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 40 yaşlı futbolçu Sinqapur liqasının 2-ci turu çərçivəsində "Hougang United"ə qarşı keçirilən və komandasının 3:0 hesablı qələbəsi ilə nəticələnən matçın iştirakçısı olub. Yaponiyalı yarımmüdafiəçi əvəzetmədən meydana çıxıb və səkkiz dəqiqə oynayıb.

Xatırladaq ki, Honda bu ilin yazında futbolçu karyerasını bərpa etmişdi.

Qeyd edək ki, Honda karyerası ərzində "Neftçi" ilə yanaşı, “Milan", "Naqoya Qrampus", “Venlo", "Paçuka", "Botafoqo", "Melburn Viktori", "Suduva", "Vitess", "Paro" və ÇSKA (Moskva) klublarında çıxış edib. Keysuke 2020-ci ildə beş qitədə - Avropa, Asiya, Şimali Amerika, Avstraliya və Cənubi Amerikada – qol vuran tarixdəki ilk futbolçu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30