3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

“Neftçi" və "Qarabağ" qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasının 6-cı tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Liderlər qrupunda olan “Neftçi”  “Qəbələ”nin qonağıdır. Bu, flaqman üçün əlamətdar oyundur. Çünki "ağ-qaralar" Azərbaycan çempionatlarının yüksək dəstəsində 1000-ci matçına çıxıb. "Neftçi" yubileyini qələbə ilə qeyd edib.

Digər görüşdə isə “Qarabağ”  autsayder "Şəfa”nı məğlub edib.

Azərbaycan Premyer Liqası

VI tur

18 sentyabr (cümə)

“Qarabağ” - “Şəfa” - 1:0

Qol: Marko Yankoviç, 61-pen.

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

“Qəbələ” - “Neftçi” - 0:3

Qollar: Breno Almeyda, 25, Adeleke Akinyemi, 86, Lyubomir Tupta, 90+2

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov

Qəbələ şəhər stadionu

19 sentyabr (şənbə)

17:30. “Turan Tovuz” - “Zirə”

19:45. “Sabah” - “İmişli”

20 sentyabr (bazar)

16:30. “Şamaxı” - “Araz-Naxçıvan”

19:00. “Kəpəz” - “Sumqayıt”

Bombardirlər:

Breno Almeyda (“Neftçi”) - 7 qol

Coy-Lens Mikels (“Sabah”) - 4 qol








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30