7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək

Sentyabrın 21-25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16-21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında "Koreya Səfiri Kuboku" turniri təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti açıqlama yayıb.

Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16-21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən olan taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışın ilk iki günündə 2015-2017-ci il təvəllüdlü uşaqlar, son iki günündə isə 2005-2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.

Uşaqlar arasında yarışda oğlanlar və qızlar 27, 30, 33, 36, 40, 44, 48, 52, 57 və +57 kq çəki dərəcələrində qalibləri müəyyənləşdirəcəklər.

16-21 yaşlıların mübarizəsində isə oğlanlar 54, 58, 63, 68, 74, 80, 87, +87 kq, qızlar isə 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəkilərdə dayanq üzərinə çıxacaqlar.

Sentyabrın 25-də isə gənclər arasında birgünlük "Koreya Səfiri Kuboku" təşkil olunacaq. Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından 2009–2011-ci il təvəllüdlü taekvondoçular mübarizə aparacaqlar. Gənc oğlanlar 48, 55, 63, 73, +73 kq, gənc qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində yarışacaqlar.

Qeyd edək ki, yarışlar Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunda keçiriləcək. Turnirlər ATF-in təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və milli qurumun qüvvədə olan normativ tələblərinə uyğun təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30