8 Aprel 2025, Çərşənbə axşamı
Cavadov: "Oyuna pis başladıq"
Baxşıyev: “Ağır oyun alındı”
“İnanıram ki, hədəfimizə çatacağıq”
Qurban Qurbanovdan qələbə şərhi

Minifutbol

Qurban Qurbanov nüfuzlu beynəlxalq mükafata layiq görüldü

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata - 2022-ci ildə İdman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Fair Play Diplomuna layiq görülüb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam klubunun feysbuk səhifəsi açıqlama yayıb.

CİFP prezidenti Jenö Kamuti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası vasitəsilə baş məşqçinin adına şəxsi məktub göndərib. Məktubda qeyd olunur ki, Q.Qurbaniv İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinə görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Fair Play Diplomu ilə təltif olunub.

Bu mükafat mütəxəssisə ötən mövsüm Konfrans Liqasının pley-offunda "Marsel"lə cavab görüşündə (0:3, ilk oyun - 1:3) etdiyi feyr pley davranışına görə verilib. Oyunda polşalı baş hakim Bartoş Frankovski "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu qeydə alıb. Lakin Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra baş hakimə qolun qaydalar çərçivəsində vurulmadığını bildirib. Nəticədə qol ləğv olunub.

Q.Qurbanov CIFP tərəfindən təşkil edilən 2022 Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasiminə dəvət olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30