Minifutbol
“Motorola” “Neftçi” PFK-nın texnoloji tərəfdaşı oldu
“Motorola” şirkəti “Neftçi” Peşəkar Futbol Klubunun texnoloji tərəfdaşı olub.
Futbolxeber.az saytının məlumatına görə, “Neftçi” PFK əməkdaşlıq çərçivəsində klubun texniki bazasının təchiz edilməsində istifadə olunacaq müasir mobil cihazların köməyilə innovativ texnologiyalara çıxış əldə edəcək. “Motorola” şirkəti öz brendini “Neftçi” PFK-nın cari mövsümdə klubun oyunlarının yayımlarında həyata keçirəcək fəaliyyətinə inteqrasiya etmək imkanı əldə edəcək. “Motorola”nın əfsanəvi “yarasanın qanadları” loqosu stadionun nəzərəçarpacaq hissəsində, matçlar zamanı məlumat lövhələrində, “Neftçi” PFK-nın sosial media hesablarında, eləcə də klubun rəsmi internet saytının “Sponsorlar” bölməsində nümayiş etdiriləcək.
Bundan əlavə, tərəflər arasındakı razılaşmaya görə, “Neftçi” azarkeşlərini “Motorola” brendi və onun innovativ mobil cihazlarının imkanları ilə tanış etmək məqsədilə sosial media hesablarında bəzi paylaşımlar üçün çəkilişlər (futbolçularla fotosessiyalar, matçlardan video yayımlar, məşqlərdən çəkilişlər və s.) Azərbaycanda rəsmi satışına yeni başlanan “Motorola edge 30 ultra” smartfonları ilə aparıla bilər.
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev fikirlərini açıqlayıb: “Belə bir beynəlxalq texnoloji tərəfdaşın dəstəyi qabaqcıl texnologiyalara çıxış əldə etməyimiz üçün bizə yeni imkanlar yaradır. Bu, azarkeşlərimizə daha yaxın olmaq və “Motorola” həllərinin köməyi ilə onların futbola olan həvəslərini bölüşmək, matçların ən yaxşı anlarından zövq almaq və onları yaxınları ilə bölüşmək üçün daha bir addımdır”.
“Motorola”nın Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Aleksandr Romanyuk isə bunları bildirib: “Motorola” ilə “Neftçi”nin bir ortaq cəhəti var. Bu qalib gəlmək istəyidir. “Neftçi” öz azarkeşlərini ruhlandıraraq meydanda qələbələr qazanmağa çalışır. “Motorola” 90 ildən artıqdır ki, yenilik, məhsul keyfiyyəti baxımından və pərəstişkarlarını sevindirmək üçün yeni qələbələr əldə etməyə cəhd göstərir. Yeniliklərə sadiqliyimiz bizi 1973-cü ildə dünyanın ilk mobil telefonunu icad etməyə, 1996-cı ildə mobil telefonlar üçün açılıb-bağlanan forma faktorunu kəşf etməyə və 2019-cu ildə dünyada ilk elastik ekranlı “Motorola razr” telefonu təqdim etməyə gətirib çıxarıb. Əminəm ki, həm “Neftçi”, həm də “Motorola” daha çox qələbələr qazanacaq”.
“Biz “Neftçi” PFK-nın azarkeşlərinə və bütün azərbaycanlı istifadəçilərə ən yeni “Motorola” smartfonlarını təqdim etməkdən çox məmnunuq. Onlardan bəziləri, o cümlədən, “Flaqman Motorola edge 30 ultra” və açılıb-bağlanan “Motorola razr” smartfonları artıq Azərbaycanda pərakəndə satış mağazalarında rəsmi olaraq mövcuddur”, - deyə o əlavə edib.
“Mən şadam ki, “Motorola” Azərbaycandakı mövcudluğunu gücləndirir və yerli brendlərlə əməkdaşlığı inkişaf etdirir. Fərdi kompüterlər, oyun noutbukları, infrastruktur avadanlıqları kimi digər uğurlu kateqoriyalarla yanaşı, “Motorola” xüsusən də “Motorola” smartfonunu “Lenovo” noutbukuna qoşmağa və daha səmərəli işləmək üçün rahat funksiyalardan istifadə etməyə imkan verən “Ready For” texnologiyasına malik “Lenovo” ekosisteminin bir hissəsidir. Bu bizə onun üstünlüklərinə Azərbaycanda daha çox istifadəçiyə çatdırmağa imkan verir”, - deyə “Lenovo” şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru Alnur Yermaqambetov bildirib.
“Motorola” (“Lenovo Group Holdings”in törəmə şirkəti) qlobal miqyasda böyük idmanın rəqəmsal transformasiyası üçün müasir texnoloji həllərin tətbiqini dəstəkləyir. 2022-ci ilin sentyabrında “Motorola” və “Lenovo” “Çikaqo Bullz” ilə 2022-2023-cü illər mövsümündən başlayan çoxillik tərəfdaşlığı elan etdilər. Bununla yanaşı, “Motorola” Meksika La Liqasının, İtaliya A Seriyasında mübarizə aparan “Monza” futbol klubunun, Yüksək Futbol Liqasında çıxış edən “Çikaqo Fayr” komandasının, “Bruklin Nets” basketbol komandasının və dünya üzrə bir sıra digər idman və kiberidman layihələrinin və təşəbbüslərinin rəsmi sponsorudur.
“Neftçi” PFK Azərbaycanın ən köklü və ən titullu klublarından biridir. 1968-ci ilə qədər “Neftyanik” adlandırılıb və 27 mövsüm SSRİ-nin Yüksək Liqasında çıxış edib. “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan klubudur.
“Motorola Mobility MMC” 2014-cü ildə “Lenovo Group Holdings” tərəfindən alınıb. “Motorola Mobility” “Lenovo”nun tam mülkiyyətində olan törəmə şirkətidir və “Moto” və “Motorola” brendləri altında bütün mobil cihaz və həllərin dizaynı və istehsalına cavabdehdir. Əlavə məlumat üçün https://www.lenovo.com saytına daxil olun və ən son xəbərlər üçün StoryHub və Motorola qlobal bloqunu izləyin.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























