4 Noyabr 2025, Çərşənbə axşamı
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Minifutbol

"Sumqayıt"ın təşkilatçılığı ilə Yay Futbol Düşərgəsi" layihəsinin I mərhələsi baş tutub

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi, "Sumqayıt Futbol Klubu"nun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi baş tutub. 

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk qrupun son günündə bütün iştirakçılar mükafatlandırılıb. 

"Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Müşahidə Şurasının üzvləri - sədr Abdulla Məmmədov, Telman Salahov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz, “Kapital Bank” və “Paşa Həyat Sığorta” ASC-nin nümayəndələri iştirak edib. 

Layihənin birinci mərhələsinin yekunu ilə əlaqədar olaraq, ilk qrupunun iştirakçıları tərəfindən müxtəlif kompozisiyalar tədbir iştirakçılarına nümayiş etdirilib. Tədbir zamanı bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, sponsorların ayırdığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.
Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 120-ə yaxın məktəblinin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə keçirilir və bu müddət ərzində 1000-dən çox məktəbli bu tədbirin iştirakçısı olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30