5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Ölkə futbolu

Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik. Ondan sonra da qapımızda penaltilər gördük”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının 6-cı turunun "Şamaxı" ilə (1:2) görüşündən sonra keçirilmiş mətbuat konfrasında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Qapınıza təyin edilən penaltilərlə razılaşırsınız?

- Birinci penalti bir az mübahisəlidi. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar, epizoda çox baxdı. Yəqin ki, qapıçımızın topu çıxardıqdan sonra ikinci epizoddakı toxuşununun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, ancaq ikinci epizodda penalti var idi.

- Ağadadaş Salyanskinin ardıcıl üçüncü qolu haqda nə deyərdiniz?

- Ehtiyatda oturanda da məşqlərdə daim çalışırdı. Sonradan da start heyətinə düşdü və ardıcıl qollar vurdu. Bu gün ikinci qolunu da vura bilərdi. Amma top dirəkdən qayıtdı. Yaxşı hal odur ki, ardıcıl qollar vurur.

- Milli fasiləyə qədər olan dövrü yəqin ki, uğursuz saymaq olar?

- Bəli.

- Fasilə zamanı nəyi dəyişəcəksiniz?

- Müdafiədə kobud səhvlərimiz olur. Bunlar üzərində maksimum işləmək lazımdır. Hücumda da düşən epizodları vurmaq gərəkdir. Çatışmazlıqların üzərində işləyəcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30