Ölkə futbolu
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
Yarandığı gündən Azərbaycan futboluna hər hansı bir faydası dəyməyən, dövlətin milyonlarını göyə sovuran, sənəddə İmişlini təmsil etsə də, reallıqda məşqlərini Bakıda, oyunlarını gah Şamaxıda, gah Qubada, gah Yevlaxda keçirən “İmişli” klubu yeni “kəşf” edib. Hər fürsətdə özünü “yeni nəsil idman funksionerləri” adlandıran klub rəhbərliyi “göndər-qaytar” adlı yeni kampaniyaya start verib. Belə ki, son zamanlar mütəmadi olaraq mətbuatda “İmişli”yə qayıtdı”, “Ronaldo yenidən “İmişli”də”, “İmişli” sabiq legionerini geri qaytardı”, “Vieqaş “İmişli”yə geri döndü” və s. başlıqlı xəbərlər dərc olunur. Məlum olur ki, “İmişli” bir müddət əvvəl ona lazım olmayan, müqaviləsini yeniləmədiyi əcnəbilərə yenidən qucaq açır. Klub son 10 gündə iki sabiq legionerini geri qaytarıb. Əvvəlcə Rafael Vieqaş, daha sonra isə Ronaldo de Souza geri dönüb. Belədə ortaya suallar çıxır. Görəsən, Vieqaş və yaxud Ronaldo komandaya lazım idilərsə, niyə göndərilmişdilər? Yox, lazım deyildilərsə, yenidən komandaya niyə qaytarıldılar?
Klub Vieqaşın gedişini iyulun 4-də açıqlayıb, onun qayıdışı isə sentyabrın 10-da elan olunub. Geridə qalan 2 aydan bir qədər artıq müddətdə Vieqaşda hansı dəyişiklik baş verib ki, o, yenidən komandaya lazım olub? Böyük ehtimalla, portuqaliyalı futbolçu yayda hər hansı komandanın düşərgəsində toplanış da keçməyib, maksimum fərdi məşqlərlə kifayətlənib. Çünki hansısa komandada toplanış keçsəydi, elə orada da qalardı. İndi ortaya başqa bir sual çıxır: iki ay hazırlıq keçməyən futbolçu, kimə, nəyə lazımdır?
Ronaldo de Souza ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. “İmişli” onunla yeni mövsümün startına bir neçə gün qalmış vidalaşmışdı. Ronaldonun gedişi avqustun 4-də elan olunmuşdu. Qayıdışı isə 19 sentyabra təsadüf etdi...
Belə ehtimal etmək olar ki, həmin legionlərin səviyyəsi “İmişli”ni qane etməyib, klub o mövqeyə daha güclü əcnəbi gətirmək istəyib. Lakin axtarışlar bəhrə verməyib, belədə adıçəkilən əcnəbilər geri qaytarılıb. Bu da sizə yeni nəsil klub idarəçiliyi... Sözügedən iki legionerin səviyyəsinin yüksək olmaması “İmişli”dən ayrıldıqdan sonra özlərinə klub tapa bilməmələrindən bəllidir.
Əslində, “İmişli” klubunda bu cür halların baş verməsinə qətiyyən təəccüblənmirik. Çünki ötən mövsümün əvvəlində Fərid Namazovu təcrübəsiz adı ilə baş məşqçi postundan uzaqlaşdıran da “İmişli” idi, bu yay onu həmin vəzifəyə qaytaran da “İmişli”dir. Sanki bir ildə Fərid bəy böyük təcrübə qazandı. Səhv anlaşılmasın, biz azərbaycanlı məşqçilərin işsiz qalmalarının tərəfdarı deyilik. Hələ bir il əvvəl də klub rəhbərliyinin Fərid Namazova qarşı haqsız davrandığını yazmışdıq. Sözümüzün canı klub rəhbərliyinin anlaşılmaz qərarlarıdır.
Bu, həmin “İmişli”dir ki, ötən ayın sonlarında bir müddət əvvəl müqavilə imzaladığı anqolalı futbolçu Dominqos Senqui Hermenegildo ilə yollarını ayırmışdı.
Əslində, biz də qəribə adamlarıq. Nə qoyub, nə axtarırıq. Sanki hər dəfə İmişliyə qayıtmaqdan danışan, yeni stadionun planlarını quran klub rəhbərliyi ən vacib işin öhdəsindən gəlib, qalıb digər məsələlər. Görəsən, aldıqları torpaq sahəsinin axırı nə oldu? Görəsən, yeni stadionun bünövrəsi nə vaxt qoyulur? O qədər sual var ki... Sonra da “İmişli”ni tənqid edəndə razılaşmırlar. Tamam, biz yanlış deyirik, o zaman siz söyləyin, iki ildə Premyer Liqada olduğu müddətdə bu klubun Azərbaycan futboluna hansı faydası dəyib? Hansı işlər görülüb? Hanı nəticəsi? Bəlkə İmişlidə stadion, baza tikilib, xəbərimiz yoxdur, bəlkə “İmişli”dən bu iki ildə Azərbaycan millisinə 3-5 futbolçu dəvət alıb, biz bilmirik?.. Uzun sözün qısası, heyif göyə sovrulan milyonlara...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























