7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər

Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Sentyabrın 17-dən 20-dək Türkiyənin İzmir şəhərində keçirilən qitə birinciliyində oğlanlar arasında Emil Safronov/Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva/Leyla Əliyeva duetləri Azərbaycanı təmsil edib.

Hər iki cütlük mübarizəyə təsnifat mərhələsindən başlayıb. Oğlanlar Portuqaliya, Türkiyə və Macarıstan, qızlar isə Danimarka və Sloveniya milli komandaları ilə qarşılaşıblar. Bütün oyunlar rəqiblərin qələbəsi ilə başa çatıb. Qitə çempionatında 35 ölkənin ümumilikdə 70 (qızlar və oğlanlar) komandası iştirak edib.

Qeyd edək ki, oğlanlar Atvars Vildenin, qızlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında çıxış ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30