5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”

"Çətin oyun oldu. Bilirdik və gözləyirdik ki, "Araz-Naxçıvan" daha çox hücum edəcək. Altı tur içərisində bəlkə də ən həyəcanlı oyunlarımdan biri idi. Çünki qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən. Bu epizodlar məni çox üzür. Amma irəliyə baxıb, müdafiədə və hücumda daha səlist oynamağa çalışacağıq. "Şamaxı" azarkeşlərinə də dəstəyə görə təşəkkür edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la (2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Mütəxəssis “Qələbədə əsas pay sahibi Rikardo Fernandes idi?” sualını belə cavablandırıb: “Həqiqətən bir ailə olmaq lazımdır. Qələbəmizdə ehtiyatda oturan futbolçunun bəlkə də meydançadakı futbolçudan daha çox payı var. Çünki motivasiya, bir-birimizə dəstək olmağımız çox önəmlidir. Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30