5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürəm ki, bu, ölkənizdəki ən yaxşı stadionlardan biridir. Çox yaxşı atmosfer var idi. Amma oyunun gedişində kənardan kimsə hakim fitinə bənzəyən fit səsləndirirdi. Bu, komandam sürətli hücuma çıxanda oyunçuları çaşdırırdı. Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik. Ümid edirəm ki, məni düz başa düşdüz. Hakimlərin verdiyi qərarlar haqda isə heç nə danışmaq istəmirəm. Komandam inkişafdadır, oyununu yaxşılaşdırır. Bu atmosferdə oynamaq asan deyil. Rəqib də çox təhlükəlidir. Onların sürətli oyunçuları var. Komandam həm müdafiə planında, həm də hücum planında yaxşı çıxış etdi. İlk hissədə boşluqlar tapdıq. Bunun nəticəsində qol da vurduq. İkinci hissədə isə komandama daha çox top saxladı. Həm bizim, həm də rəqibin qol şansları oldu. Nəticəyə görə məyusam. Qələbə qazana bilərdik. Bir neçə aydır Azərbaycandayam. Futbolun inkişafını istəyiriksə, bəzi şeylər fərqli olmalıdır.

-  "Kəpəz"in ləğv olunan qoluna baxmısınız? Sizcə, orada qayda pozuntusu var idi?

- 15 il əvvəl Portuqaliyada məşqçi kimi fəaliyyətə başlamışam. Hakimlər və onların qərarları haqda danışmağı sevmirəm. Ona görə məyusam ki, hesabı 2:0 edə bilərdik. Futbolçularımın bəziləri hələ 90 dəqiqə oynayacaq formaya gəlib çatmayıblar.

- Marko Yohansonun performası ilə bağlı fikriniz necədir? Demək olar ki, "Sumqayıt" istədiyi qapıçını tapıb?

- Marko cəmi iki gün bizimlə məşq etmişdi. Mənim üçün onu start heyətində buraxmaq qərarını vermək çətin idi. Çünki Xəyal Fərzullayev yaxşı performans göstərirdi. Düşündük və bu qərarı verdik.

- Oyunun son 20 dəqiqəsində "Sumqayıt" fiziki olaraq çox zəif görünürdü. Bunun səbəbi nədir?

- Artıq bir neçə dəfə belə vəziyyətlə qarşılaşmışıq. Biz hələ ki yaxşı komanda qurmaq mərhələsindəyik. Yaxşı futbolçular gətirməyə çalışırıq. Oyunçuların hamısı tam hazır deyil. Buna görə də gənc futbolçuları meydana buraxırıq. Onların bacarığına şübhəm yoxdur. Hamısına şans verməyə çalışırıq. Bir məşqçi kimi onların inkişafı üçün səy göstərirəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30