6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

"Neftçi"dən yubiley qələbəsi

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.

Flaqman Azərbaycan Premyer Liqasının VI turunda "Qəbələ"yə qalib gəlib - 3:0. Bu, 242-ci səfər qələbəsi olub. "Ağ-qaralar" evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. "Neftçi" "Qarabağ"dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə ev matçında gerçəkləşib - 1:0.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30