13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda ən çox qol vuran komanda olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 15 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın orta məhsuldarlığı 3,00-a bərabərdir.

Bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/17 mövsümündə “Qəbələ” ilk 5 matçında 15 qola sevinib. Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/15 mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” (indiki “Şamaxı”) 16 qola sevinib.

“Nefttçi” özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/01 mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub.

“Neftçi”nin 6 qoluna imza atan Breno Almeyda son 14 mövsümün rekordunu təkrarlayıb. İlk 5 görüşdə daha çox qol vuran sonuncu oyunçu Junior Nildo 2012/13 mövsümündə AZAL-ın heyətində 7 dəfə fərqlənib. Sonrakı illərdə Baqali Dabo (“Qəbələ”) 2016/17, Ramil Şeydayev (“Qarabağ”) 2022/23 mövsümündə Breno kimi 6 qol vurub.

“Neftçi”də isə son 16 mövsümdə ilk dəfə futbolçusu ilk 5 qarşılaşmada bu qədər qol vurub. 2010/11 mövsümündə Bahodir Nasimov 7 qola imza atıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31