Minifutbol
Murad Dadaşov: “Bizdə futbolun məsuliyyətini başa düşən azdır”
“Kök olmağıma baxmayın, uşaqlıqdan idmanla məşğulam. Üzgüçülük, tennis və uzun müddət cüdo ilə məşğul olmuşam. Vaxtilə “Lokomotiv” idman klubunda cüdo üzrə böyük olmasa da, uğur qazanmışam”. Bunu Lent.az-a tanınmış prodüser Murad Dadaşov deyir. “Məşhur fanat”ın bugünkü qonağı da elə odur.
Murad bəy deyir ki, idman təkcə fiziki deyil, mənəvi cəhətdən də kişi üçün vacibdir. Elə bunu övladlarına da uşaq yaşlarından aşılamaqdadır.
“Bir vaxt qalib idmançılara termos, çaynik verirdilər”
- Böyük oğlum Kamalın 11 yaşı var, boks və üzgüçülüklə məşğuldur. Ondan kiçik oğlum 8 yaşındadır, ciu-citsuya gedir, onu da üzgüçülük məşğələlərinə yazdıracam. Ən kiçiyinin isə cəmi 2 yaşı var. Əlbəttə, mən istiqamət vermək istərdim ki, peşəkar idmançı olsunlar. Amma gərək daxilən də özlərini buna hazır saysınlar. Bu baxımdan, böyük oğlumla müqayisədə ortancılı çox hazırlıqlı, idmana meyllidir. Düşünürəm ki, o, böyük uğurlar qazana bilər.
- Özünüzün məşğul olduğunuz vaxt idmana diqqət indiki kimi olsaydı, bu sahədə qalardınız?
- Ümumiyyətlə, mən maksimalist insanam, sonadək gedirəm. Sadəcə, cüdo ilə məşğul olarkən, ayağımdan çox ciddi zədə aldım. Bu zədə peşəkar səviyyədə məşğul olmağıma imkan vermədi. Çox iradəli insanam. Əminəm ki, bir şey olmasaydı, axıradək gedəcəkdim. İdmanda çox böyük uğurlar qazanacaqdım. Cüdo üzrə olimpiya çempionluğu qazanmasam da, idman aləmində tanınmış insan olacaqdım.
- Əvəzində cüdo yığmamızın yox, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü oldunuz...
- “KVN” də bir növ idmandır. Burada da yarışırlar. Fiziki cəhətdən də uzun məşqlərə, rəqslərə hazır olmalısan. Üstəlik, tamaşalarımızın birində cüdoçunu parodiya etmişdik. Bu ideya məhz cüdo ilə bağlılığımın nəticəsində meydana çıxdı. Yığma üzvü obrazlarını özlüyümdə təsəvvür edirdim. Uşaqlar təklif etdilər ki, gəlin, belə bir şey edək. O vaxtlar idmançılarımıza beynəlxalq yarışlarda uğurlu çıxışları qarşılığında gülməli hədiyyələr – çaynik, termos, köhnə avtomobil verirdilər. İdmana son zamanlar xeyli vəsait ayrılmağa başlayıb.
“Boks mənim üçün hər şeydir”
- İdman tədbirlərinə dəvət almağınız necə alındı?
- İdmanla o dərəcədə bağlıyam ki, boks, qaydasız döyüş üzrə beynəlxalq yarışların aparıcısı özüm olurdum. Bir neçə dəfə özüm də təşkil eləmişəm. Boks mənim üçün hər şeydir.
- İdmanımızın hazırkı durumunda sizi qane edən və etməyən nədir?
- Elə idman növləri var ki, dövlət əhəmiyyətlidirlər. Futbol, güləş və s. Elələri var ki, məsələn, qolf, velosiped idmanı yavaş-yavaş fəaliyyətə başlayırlar. Pul düzgün istiqamətdə sərf olunursa, kifayət qədər uğur qazanmaq olar. Amma futbolumuzun vəziyyəti məni qane edə bilməz. Aydındır ki, AFFA da işləyir, komandalar da sponsorlar tərəfindən kifayət qədər maliyyələşirlər. Lakin bizdə futbolu oynayanlar, futbolun məsuliyyətini başa düşənlər azdır. Problem menecer və məşqçilərlə yox, idmançılarla bağlıdır. İdman mübarizəsi beyindən gələn hissdir. Qələbəni mübarizəyə başlamamış qazanır, meydana isə onu təsdiqləmək üçün atılırsan. Səhv etmirəmsə, yığmamızın baş məşqçisi Berti Foqts azərbaycanlı futbolçuların 20 dəqiqədən çox oynaya bilmədiklərini deyib. Düşünün ki, 20 dəqiqə 90 dəqiqəlik oyunun 1/4-i də etmir.
- Millimizin oyunlarını izləyirsiniz?
- Çalışıram ki, baxım. Amma son zamanlar komandamızın oyununa baxanda əsəbiləşirəm. Özümə söz vermişəm ki, futbola baxmağa az gedim, az izləyim, az məlumat toplayım. Dəhşətli dərəcədə həyəcanlanıram, əsəb keçirirəm. Axırda şəkər tapacağam. Bu, özünü o qədər qabarıq formada büruzə verir ki, əsəbimdən özümü saxlaya bilmirəm. Çünki “KVN”də olduğum vaxtdan gərgin mübarizəyə öyrəşmişəm. Qələbə əzmi yaddaşımda çox ciddi formada qalıb. Bu baxımdan, millimizin hər hansı məğlubiyyəti mənim üçün uçurum deməkdir. Bir həftə özümə gələ bilmirəm. Bu, özümdən asılı olmayaraq, işimə də, ailədaxili münasibətlərə də təsirini göstərir. Daxilən böyük həyəcan keçirirəm. Ona görə də hər dəfə futbol haqqında söhbət düşəndə əsəbiləşirəm.
- Amma AFFA rəhbərliyi millimizin inkişafda olduğunu iddia edir...
- Əlbəttə, 10 il əvvəllə müqayisədə qayda-qanun əmələ gəlib. Dediyim problem AFFA ilə bağlı deyil. Problem idmançıların daxili aləmi, beyni, məsuliyyəti ilə əlaqəlidir. Məsuliyyəti dərk etmək lazımdır. Millini bir kənara qoyaq. Bu yaxınlarda klublarımız arasındakı oyun zamanı iyrənc hadisələr, biabırçılıqlar baş verdi (“Xəzər Lənkəran” – “Neftçi” matçını nəzərdə tutur – E.M.). Bilirsiniz necədir? Bizə dünya baxır. Ortalıqda bir şey yoxdur, bir-birilərini qırırlar. Guya “Real Madrid”lə “Barselona” oynayır. Nə olub? 2 klubdur da oynayır. Nə qədər bir-birimizi qırmalı, özümüzü camaata güldürməliyik? İndi yüz faiz Ermənistanda bu olaylara baxırlar. Bu, hansı çərçivəyə sığır? Əgər Avropa kuboklarında yüksək hədəflər uğrunda oynayan komandalar olsaydılar, yenə nə isə anlam vermək olardı. Oyunçularla bağlı, üzr istəyirəm, küçə söhbətləri səviyyəsində düzgün olmayan siyasət aparılır. Biz hamımız eyni ölkədə yaşayırıq, cəmi 9 milyonuq, əhali sayına görə Çinin, Hindistanın bir kəndinin yarısı boydayıq. İki klub öz arasında mənəvi, insani cəhətdən bir oyun göstərə bilmir? Ayıbdır axı... Hesab edirəm ki, belə hallara qarşı insanlar mütləq inzibati və cinayət məsuliyyəti daşımalıdırlar. Başqa cür də ola bilməz. Adam futbola ailəsi ilə getməyə utanır. Tamaşaçı-azarkeş mədəniyyəti yoxdur. Düzdür, hardasa yavaş-yavaş yaranmaqdadır. Amma bu mədəniyyət kütləvi xarakter almalıdır. Məgər biz dünyaya meydan oxuyan futbol ölkəsiyik? Gərək birləşək və vahid komanda olaq. Mən “KVN”dən çıxdığımdan, komanda anlayışının nə olduğunu çox gözəl bilirəm. Bu, mənim üçün çox ağır mövzudur.
- Bəlkə Azərbaycanda komanda idman növləri elə vahid komanda ola bilmədiyimiz üçün inkişaf etmir?
- 1996-cı ildə Azərbaycanın İsveçrə üzərində 1:0 hesablı qələbə qazandığı oyunu xatırlayıram. İnanırsınız, stadiondan çıxan insanlar tanımadıqları hər kəsi bir-bir qucaqlayırdılar, öpüşürdülər, avtobuslar onları havayı aparırdılar. Həmin anlarda mən o dərəcədə vətəndaş həmrəyliyi, böyük xoşbəxtlik hiss etmişdim ki, sevincimdən bir ay özümə gələ bilməmişdim. Komandamızın uğurları xoş əhval-ruhiyyəmiz üçün çox vacibdir. Bu gün futbol meydanında, sabah Qarabağda, birisi gün beynəlxalq arenalarda. Bunlar bir-biri ilə bağlıdır. Qələbə qələbəni gətirər. Ona görə də futbolçularımız öz üzərlərində işləməli və oynamalıdırlar. Uğursuzluğa heç bir səbəbi qəbul etmirəm. Biz “KVN”ə gedəndə bilirdik ki, uduzsaq, heç kim bizi bağışlamayacaq. Öz üzərimizdə məsuliyyət hiss edirdik. Bəs bunlar niyə o məsuliyyəti hiss etmirlər?
"Bunun üçün varımızı-yoxumuzu qoymalıyıq”
- Biz digər sahələrdə tez-tez özümüzü Qafqaz ölkələri ilə müqayisə edirik. Bəs niyə futbolda Gürcüstan və Ermənistandan geridəyik?
- Mən bunun səbəbini izah edə bilmərəm. Ermənistan yığması az qala Avropa və dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqdı. Gürcüstan futbolu isə ömür boyu bizdən irəlidə olub. Azərbaycanda futbola zəngin ailələrin övladları getmirlər. Bu növ əksər hallarda kasıb, bəzən də orta təbəqənin uşaqları üçündür. Ata zavodda fəhlə işləyir, oğlunu göndərir ki, getsin, futbol oynasın, orda-burda qalmasın. Yalnız son illər sərmayə qoyulmağa başladıqdan, totalizatorlar fəaliyyətə başladıqdan, futbolçuların milyonerə çevrildiklərini gördükdən sonra hamı futbolla maraqlanmağa başlayıb. “Real Madrid” bir araya gələndə elə bilirsən ki, Avropanın ortabab ölkəsidir. Görün, bu klub nə qədər büdcəyə malikdir ki, Qaret Beyl üçün 100 milyon avro ödəyir. Yəni, biz daxilimizdə, ailəmizdə futbola münasibəti dəyişsək, hər şey düzələcək. Bayaq soruşdunuz ki, oğlunuzun peşəkar idmançı olmağını istərdinizmi? Mən birmənalı olaraq, “yox” demirəm. Bu, uşağın özündən asılıdır. İdmana meylli olsa, nələrsə fikirləşərik. Elə ailələrin uşaqlarını tanıyıram ki, onlarla “Qalatasaray”, “Mançester Yunayted” və digər böyük klublar maraqlanır. Uşaq futbolu inkişaf etməlidir. Bunun üçün varımızı-yoxumuzu qoymalıyıq. Uşaq futbolunda avaralar yox, istedadlı uşaqlar yetişməlidir.
- Futbolçularla müxtəlif tədbirlərdə görüşürsünüz. Heç onların özlərindən soruşursunuzmu ki, niyə zəif oynayırsınız?
- Bu, şəxsi münasibətlər üzərində həll olunası məsələ deyil. İdmançıların əksəriyyəti ilə dostam, çox gözəl münasibətdəyəm. Amma şəxsi münasibətlərlə peşəkar münasibətlər fərqlidir. Bilirəm ki, onlar da məğlubiyyətlərimi mənə bağışlamazdılar. Mən də futbolçularımızın heç bir məğlubiyyətini bağışlamıram. Əgər döyüşdə uduzursansa, o başqa məsələ. Əksər hallarda bu, məsuliyyətsiz yanaşmaqdan, işə arxayın münasibətdən irəli gəlir. Rəqibdən acı düşmən obrazı yaratmırlar. Komandalarımızda ruh çatışmazlığı var. Millimiz bir qol vuran kimi “sönür”.
- Sonuncu dəfə futbol matçında nə zaman olmusunuz?
- Heç yadımda deyil. Bu yaxınlarda İspaniyada “Barselona” və “Levante” arasında “Nou Kamp” stadionunda keçirilmiş oyunu izlədim. Futbol 6 hərfdən ibarət bir həyatdır. İnanın ki, yığmamız ardıcıl 5-6 qələbə qazansa, cəmiyyətdə də vəziyyət dəyişəcək. Bir-birimizi sevməyə, bir-birimizə inanmağa başlayacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
- Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
23:07
Yuri Vernidubdan qələbə şərhi
-
22:56
“Turan Tovuz”dan haqlı etiraz: Qol VAR idimi? VİDEO
-
22:40
“Turan Tovuz” xal itirdi, “Neftçi”dən böyük hesablı qələbə
-
22:28
"Turan Tovuz" - "Şamaxı" matçında heç-heçə VİDEO
-
21:12
Berdiyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
-
20:55
Azər Bağırov: “Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir”
-
20:09
Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:42
"Real" sonda sevindi VİDEO
-
10:29
Yeniyetmə cüdoçularımız dünya çempionatını 2 medalla başa vurublar
-
10:13
"Tottenhem"dən böyük hesablı məğlubiyyət VİDEO
-
09:51
Rüfətin komandası mövsümə məğlubiyyətlə başladı
-
09:30
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi VİDEO
-
23:52
Rəşad Sadıqov: “5-6 futbolçu ilə danışıqlar aparırıq”
-
23:40
"Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
"Zirə" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:19
Güləşçimiz U-20 dünya çempionatının finalına yüksəlib
-
18:33
Azərbaycan kanoeçisi Polşada dünya çempionatında iştirak edəcək
-
14:00
Leyla Parşkova "Murov Az Terminal"a transfer olunub
-
13:24
"LANDAU Lions"da yeni müqavilə
-
12:47
Gürcüstan millisinin üzvü "Sevilya"da
-
11:15
“Arsenal”dan mövsümə uğurlu start VİDEO
-
10:56
Daan Rots: “Qarabağ”la oyuna başı dik getməliyik”
-
10:31
"Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:42
Toral oynadı, “Bursaspor” uduzdu
-
09:29
Ronaldo yeni mövsümdə qol hesabını açdı
-
09:13
Cəlal Hüseynovun komandası məğlub oldu
-
00:34
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
-
19:18
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
18:30
“Qaradağ Lökbatan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
17:55
II turun hakim təyinatları açıqlandı
-
17:27
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
-
17:02
“Yuventus” onunla müqaviləyə xitam verdi
-
16:46
Millidə yeni baş məşqçi
-
16:18
Fuad Ağayev Avropa çempionatında hakimlik edəcək
-
15:39
"Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
-
14:54
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
-
14:23
“Tvente”nin hücumçusu: “Cavab oyununda erkən qol vursaq...”
-
14:01
Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzadıb
-
13:48
Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar
-
13:30
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
-
13:15
Boksçumuz Avropa çempionatının finalında
-
12:57
Azərbaycan klublarından rekord
23.08.2026
22.08.2026
21.08.2026
























