Minifutbol
Xumar Qədimova: "Bu oyundan sonra futboldan müəyyən qədər soyudum"
Müğənni Xumar Qədimovanın sosial şəbəkə hesablarını izləyənlər Əməkdar artistin bu idman növü ilə hansı səviyyədə maraqlandığından xəbərdardır. Əvəllər də futbola olan sevgisi barədə müxtəlif fikirlər səsləndirmiş sənətçi ilə idmanın şahından danışmağa qərar verdik. Xumar xanım müsahibəsində Yoahim Löv və Braziliya millisi ilə yanaşı, Qazaxın "Göyəzən" komandasından da söhbət açdı.
- Bu günə kimi bir sıra müsahibələrinizdə futbol haqda danışmısınız. Bu idman növünə marağınız necə yaranıb?
- Futbol eşqi bizim ailəyə mənim atamdan keçib. O, futbolu çox gözəl analiz edirdi və bu sahədə böyük anlayışı var idi. Rəhmətlik Sabir Ələsgərovun (2020-ci ildə dünyasını dəyişən mərhum diktoru, Xalq artistini nəzərdə tutur - red.) verilişində də futbolla bağlı çıxışı olub. Həmin buraxılışda atam futbolu detallı şəkildə müzakirə edirdi. Bundan əlavə,o, həm də gözəl oyunçu olub. Əminəm ki, atamın gənclik vaxtı indiyə təsadüf etsəydi o, Azərbaycan futbolunu ucaldanlardan olardı. Dediyim odur ki, bu bizə genetik olaraq keçib. Bundan əlavə, ailəmizdəki uşaqlar da futbola böyük maraq göstərir və onu mükəmməl bilirlər. Hazırda özüm də bu idmana maraq göstərirəm. Futbol analitikləri və ya mütəxəssisləri qədər bilməsəm də, bu sahəyə yaxın adamam.
- Azarkeşlik etdiyiniz klub və milli hansıdır?
- Maraqlı sualdır. Milli olaraq Braziliya mənim üçün ən yüksək zirvədədir. Top adı gələndə, söhbət futboldan düşəndə mənim gözümün qarşısında Braziliya millisi dayanır. Onları çox sevirəm. Müsahibələrimdən birində qeyd etmişdim, yenə də demək istərdim ki, Braziliya millisi bizim yığma komanda ilə qarşılaşsa belə, braziliyalıların qalib olmasını istərdim. Çünki mən qəhrəmanın qalib olmasını sevirəm. Klub olaraq Zidanın, Raulun, Fiqunun, braziliyalı Ronaldonun dönəmindəki "Real"ı sevmişəm.
- Ən xarizmatik hesab etdiyiniz baş məşqçi və ya futbolçu kimdir?
- Baş məşqçi kimi hamıya bəllidir ki, mən Yoahim Lövü sevirəm. Onun soyuqqanlılığını, peşəkarlığını ... Aman Allah ... Löv, Löv, Löv ... Heyif ki, getdi. Onun yenidən fəaliyyət göstərməsini çox istərdim. Yadımdan çıxmamış bir məşqçini də qeyd etmək istəyirəm - Qvardiola. Oğlum onun pərəstişkarıdır. Mən də onu sevməyə başlamışdım. Qvardiolanın da futbol fəlsəfəsini, onun məktəbini, xarizmasını çox bəyənirəm. Amma Löv mənim üçün ilk sıradadır. Futbolçuya gəlincə, bu, Ronaldinyodur. Onu niyə sevirəm? Ronaldinyonun topla rəftarı inanılmaz idi. Sanki rəqs edirdi... Onun oyunundan doğan xarizmasını sevirəm. Futbolçulara xarici görünüşünə görə deyil, onların peşəkarlığına görə qiymət verirəm. Məsələn, Rivaldonun xarici görünüşü elə də gözəgəlimli deyildi, amma mənim üçün onun çirkinliyi də ona xarizma qatırdı. Oliver Kanı da qeyd edərdim. Necə gözəl qapıçı idi... Ştefan Effenberqi də bu siyahıya əlavə edərdim. Son zamanlar futboldan nisbətən soyumuşam. Bu da təsadüfi deyil. 2014-cü ildə Dünya Çempionatının yarımfinalında Braziliya millisi almanlara 1:7 hesabı ilə uduzmuşdu. Bu oyundan sonra futboldan müəyyən qədər soyudum. Həmin məğlubiyyət mənə o qədər təsir etmişdi ki.
Qarşıdan dünya çempionatı gəlir və Xumar yenə də ağlayacaq! Bəli, məndə bu da var. Mən Peter Şmeyxeli yaxşı xatırlayıram. Onun oğlu Kasperi də tanıyıram. Avropa çempionatının yarımfinalında Kasper Şmeyxelin komandasının İngiltərəyə məğlub olmasını unuda bilmirəm. Nə qədər ağladım, aman Allah...
- Ölkə futbolu nümayəndələrindən tanışlıq, dostluq əlaqəniz olan kimsə varmı?
- Yerli futbolçularımızdan heç biri ilə yaxın münasibətim və ya ünsiyyətim yoxdur. Çox arzulayardım ki, onların hər biri lazım olan zirvəyə gəlib çatsınlar. Bu da məncə, düzgün futbol idarəçiliyindən asılıdır. Ölkə futbolunun çiçəklənməsi və uğurlar qazanması mənim böyük arzumdur. Bir epizodu xatırladım, 2002-ci il dünya çempionatı zamanı oyunu buraxmamaq üçün öz işimdən imtina etmişdim. Mənim istəyim odur ki, Azərbaycan millisi o qədər uğurlu çıxış etsin ki, mən də gəlirimdən imtina edərək onların oyunlarını izləməyə gedim.
- Əslən Qazax rayonundansınız. Son illərdə olmasa da, vaxtilə Qazax rayonunun "Göyəzən" klubu ölkə çempionatında çıxış edib. Doğma rayonunuzun komandası haqqında məlumatınız olub, heç matçlarını izləmisinizmi?
- Qazax maşallah, futbola olan sevgisi ilə tanınır. Yenə qeyd edim, mənim atam da futbola xüsusi sevgi ilə yanaşırdı. "Göyəzən"lə bağlı bir məqama toxunum. Səhv etmirəmsə, 90-cı illər idi, "Göyəzən" "Neftçi"yə necə qalib gəlmişdi ... (gülür). Bu yaxınlarda "Göyəzən"in stadionu ətrafından keçirdim. Oradakı acınacaqlı vəziyyətə, baxımsızlığa, sahibsizliyə çox üzüldüm, inanın. İndi danışıram və birtəhər oluram. Gözümün qarşısına gəlir... Kövrəldim... Onların yüksək liqaya geri dönməsini çox istərdim. Sevinərdim buna (fanat.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























