2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Minifutbol

İnternat məktəbləri arasında mini-futbol turniri keçirilib

AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində yerləşən internat məktəbləri arasında mini-futbol turniri keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, turnirdə Mərdəkan qəsəbəsində yerləşən 2, Türkan qəsəbəsində yerləşən 6, Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəblərindən ümumilikdə 6 komanda iştirak edib. 

2 saylı internat məktəbinin qapalı futbol meydançasında iki gün ərzində davam edən turnirin finalında qalib gələn “Mərdəkan 1” kollektivi yarışın qalibi olub. 

Qalib komanda AFFA tərəfindən kubok və medallarla, II və III yeri tutmuş komandalar müvafiq medallarla, yarışda fərqlənən oyunçular isə “ən yaxşı qol”, “ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” nominasiyaları üzrə təltif olunublar. 

Kubok, medal və nominasiyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib. Yekunda yarışın bütün iştirakçılarına AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31