6 Iyun 2025, Cümə
Özbəkistan millisi DÇ-2026-da
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi

Minifutbol

Elxan Məmmədovun qardaşı “Azərxalça”ya sədr təyin olundu

Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Emin Məmmədov AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun böyük qardaşıdır. Əməkdar incəsənət xadimi olan Emin Məmmədov bu təyinatadək Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 

O, ötən il Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. E.Məmmədov Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30